Yolun uzaq olsun, Aqil Abbas! - Elçin Mirzəbəyli yazır
Xeyli vaxtdır qarşılaşmıram Aqil Abbasla... Əvvəllər tez-tez görərdim. İndi olmasın, ta qədimlərdə “ya zəlzələdən, ya vəlvələdən” ölkə daxilində, yaxud xaricində buna imkan tapardım. Hətta hərdənbir adam yerinə qoyub Ankaraya, İstanbula... da çağırardılar ki, konfranslarda, forumlarda dişimizlə, dırnağımızla, xoşluqla, ya da məcburiyyətdən qazandıqlarımızdan onlara da danışaq. Cənubi Qafqaz, Orta Asiya, Rusiya, bütövlükdə isə postsovet məkanı haqqında təsəvvürləri, əsasən yanlış idi. Amma sağ olsunlar, başa düşürdülər ki, bizimki öyrənməkdən keçib...
Son zamanlar yozanların sayı yazanları dəfələrlə üstələdiyi üçün bir məqamı da xüsusi vurğulayım: Dəvət bir qayda olaraq ordan gələrdi... Yəni mənim, yaxud bizim kimilər bütün dövrlərin “özgə adam”larıdı, təkcə bu günün yox.
İndi ya AZAL-dan, ya da azardan - pandemiyadan 3-4 il olar ayağım ölkənin sərhədlərindən kənara dəyməyib. Özümü Qoqolun "Viy" povestindəki Xoma kimi hiss edirəm. Metaforadı, şübhəsiz ki, Vətən tabutun içərisindəki gözəl cadugərə bənzəmir. Amma bütün hallarda, belə getsə aqibətim də Xomanın aqibəti kimi olacaq. Cızığım beynimin düz ortasından keçir...
Aqil Abbasın kitabının təqdimatına gedə bilmədim. Səbəbini bilmirəm. Heç unutduğumu da xatırlamıram. Son zamanlar tədbirlərdən, təqdimatlardan uzaq qaçıram. Elə kitablardan da... 5 yaşımdan oxuyuram, amma yaşadıqlarım qədər məni titrədə biləcək bircə kitab da çıxmayıb qarşıma. Təqdimatına getmək istəyirdim. Həm kitaba, həm də, bəlkə daha çox Aqil Abbasa görə... Çünki Aqil Abbas 70 yaşında da oxuduğum bütün kitablardan maraqlıdı və ən başlıcası, doğmadı... 5-10 kəlmə kəsirsən və elə bilirsən həm oxudun, həm də oxudun... Yəni Aqil müəllim canlı kitabdı, həm oxuyursan, həm də oxunursan.
Aqil Abbas 70 yaşında da Aqil Abbasdı. Allah sağlam və uzun ömür versin, 80, 90, 100 yaşında da belə olacaq.
70-in mübarək, Aqil müəllim. Yetdin, amma çatmadın! Yolun uzaq olsun!
Digər Xəbərlər
27 Mart 2026 17:37
118 YAŞLI FÜZULİ TEATRI ( davamı) - Mirqiyas Seyidsoylu yazır
27 Mart 2026 11:35
DƏYƏRLİSƏN MƏNİMÇÜN! - Sevil Azadqızı yazır
27 Mart 2026 00:14
Leyla Əliyevadan yeni şeir - VİDEO
27 Mart 2026 00:08
Əbülfət Mədətoğlu qələmindən "Yerə!" - Sevil Azadqızı yazır
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

