“Bütün bunlar Qurban Qurbanovun şəxsiyyətinə hücum üçün əsas ola bilməz”
“Azərbaycan cəmiyyəti kin və nifrəti içərisində kinetik enerji kimi saxlayır (FB də bunun güzgüsüdür) və onu püskürmək üçün hər an fürsət axtarır. Qurban Qurbanova münasibət də elədir….Dünən “Qarabağ”ın yarıtmaz oyununa uğursuzluğa, səhvlər silsiləsinə və komandanın məğlubiyyətinə mən də çox üzüldüm, xeyli əsəbilik keçirtdim və qaralarınca deyindim”.
Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.
“Amma uzun illərdir bizə qələbə sevinci və qürur yaşatmış, futbolumuza böyük uğurlar qazandırmış rəmzi bir ad daşıyan komandaya və fədakar məşqçiyə arxa çevirmək, unutqanlıq etmək, onları aşağılamaq ağlımdan da keçmədi.Bəli, oyun alınmadı, hamımızın kökləndiyi qələbəli nəticə olmadı. Bunun səbəbini hərə bir cür yoza bilər: gücün azalması, yanlış taktika, orğunluq da, bacarıqsızlıq da, zamanla ayaqlaşa bilməmək, hətta karyeranın sonu da ola bilər. Amma bütün bunlar “Qarabağ”ı söyməyə, məmləkəti dəfələrlə sevindirmiş Qurban Qurbanovun şəxsiyyətinə hücum üçün əsas ola bilməz”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Avqust 2026 13:03
Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq
28 Avqust 2026 13:02
FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirdi
28 Avqust 2026 11:42
Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO
28 Avqust 2026 11:14
Nigar Fərhadın ərini DTX həbs edibmiş
27 Avqust 2026 16:45
Metronun iş rejimi dəyişəcək - “Qarabağ”ın oyununa görə
27 Avqust 2026 16:18
Ölkəyə məzhəb, yoxsa din ilahiyyatçıları lazımdır? – Açıqlama
27 Avqust 2026 13:34
- Rusiya dağılır, cənablar, Rusiya dağılır! - Hə, hə, get ağla. («26-lar» filmindən)
27 Avqust 2026 13:28


Bakı -°C

