Altı
yaşında idim.
Çox
qoca bir qonşumuz var idi.
90
yaşı olardı.
Vaxt
yetişdi, vəfat elədi.
İlk
dəfə idi ölümlə tanış olurdum. Dünənki kimi yadımdadır. Məhəllədə yas elan
olunmuşdu. Televizoru açmaq qadağa, radio qadağa, maqnitofon qadağa. "Eşidilsə
ayıb olar” deyilirdi. Ucadan danışmaq olmaz. Topla oynamaq olmaz. Səssizlik
hakim idi. İşə, məktəbə gedənlər başları aşağı, hüzn karteci kimi gəzirdilər.
*
Yatağında əcəliylə son nəfəsini verən
90 yaşlı insanlarımızı belə yola saldıq. Xatırlayarsınız...
*
Türkiyə hələ bu duyğularını
itirməmişdi mən qəzetdə işləməyə başlayanda.
Gecə müxbiri idim.
İlk xəbərim də cinayət.
Çətin idi.
Öldürülən kişinin vəsiqə şəklini əldə
etmək üçün cənazə evinə gedib özümü polis məmuru kimi qələmə vermişdim. Başqa
çarəm yox idi. Çünki qəzetçi filan cənazə evinə girə bilməzdi. Hətta məhəlləyə
belə girə bilməzdi. Yas içində olan ailəyə hörmətsizlik kimi qəbul olunurdu.
*
Diriyə olmasa belə…
Ən azından ölüyə hörmət var idi.
*
*
80-ci illərin sonuna
doğru qəzetçilərin cinayət baş verən yerlərə getməyinə ehtiyac qalmadı, cinayət
xəbərləri özləri qəzetlərə gəlməyə başladı.
"Qəzetdə şəklim
çıxsın, amma necə çıxarsa çıxsın” kimi qəribə bir şöhrət hissi hamını
zəhərləyirdi.
Öldürülən kişinin
ailəsi, fotoalbomunu qoltuğuna vurub qəzet redaksiyalarına gətirirdi.
İnanmaqda
çətinlik çəkə bilərsiniz, amma qonşular da gəlsin deyə avtobus tutan ailələr
belə gördüm.
*
90-ların əvvəlində qəzetçilər artıq
zəhmət çəkib zəng vurmurdular.
"Cinayət baş verib, fotolarını gətirimmi?”
deyə özləri zəng vururdular.
Həə, məmləkətdə cinayətlər artmışdı,
hansı biri veriləcək…
"Öldürülən qız gözəldisə gətir, gözəl
deyilsə boş ver” deyilməyə başlandı.
Xəbərin manşet olmağı üçün qurbanın
gəlinliyini gətirənlər də olurdu.
*
90- ların axırına doğru qurbanların
ailələri ərköyünləşdi.
Özəl televiziyalar çıxmışdı, qəzetlərə
üz verməməyə başladılar. "Tirajın nə qədərdirsə o qədər danış” deyə
aşağılayırdılar.
Qəzetler qurbanların fotolarını verməyə
çalışarkən, televiziyalar bəh-bəhlə toy videolarını yayımlayırdılar.
*
Yeni minillik gəldi, 2000-ci illər.
Mobil telefonlar həyatımıza girmişdi,
şəkillər, videolar…
Öldürülən qadının tətil videosu, qətl
edilən uşağın sünnət videosu filan ardı-arası kəsilmirdi. Cinayətə baxmaq üçün
ana xəbər buraxılışlarını gözləməyə gərək yox idi, qəzetlərin internet
səhifələrinə girib o andaca baxa bilirdin.
*
Özəl televiziyalara yeni bir atraksion
lazım idi.
Tapıldı…
Analara, atalara "evinizə canlı yayım
maşını göndərək, uşağınızı necə öldürdüklərini danışın” deyildi.
Qəbul etdilər!
*
Amma… Canlı yayım maşınlarını göndərmək
xeyli xərc tələb edirdi. "Çox istəyirsinizsə, gəlin, studiyada diktora danışın”
dedilər.
Onu da qəbul etdilər.
*
Bu səfər başqa bir sürpriz çıxdı
orataya. Özəl televiziyaların sayı bəlkə də 100 dənə idi, öldürülənlərin anası,
atası isə iki.
Qara bazaar formalaşırdı.
İşin içinə pul da girdi.
"Bizim ekrana çıxın, bu qədər pul verək”
deyən kanala çıxmağa başladılar. Pul verənlərin reytinqi artdı.
Ailələr bu işin dadını çıxarırdılar.
"Pul vermirəm” deyənlərin zənglərinə
cavab vermirdilər.
*
Kələfin ucu elə itmişdi ki, bu iş sector
halına gəlib çıxmışdı. Ailəni əvvəlcədən futbol meneceri kimi televiziya
kanalları ilə bazarlığa oturdurdular.
Yaxşı ki, mediya başçıları ipi kəsdilər. "Etik jurnalistika” öz yerini tapdı, xəbər üçün pul ödəməkdən imtina edildi.
*
Mətbuatımız bütün bu olanlardan dərsini
almışdı. Özünütənqid nəticəsində deyildi ki, rəqabət üçün bir-birimizin başını,
gözünü yarmayaq, hamıya çatacaq qədər qurban ailəsi var, dava salmaq lazım
deyil, bölüşmək lazımdır!
*
Bu məqbul təkliflə razılığa gəldilər.
NTV, CNNtürk kimi xəbər kanalları aciz
qalır, məcburən əmiylə, bibiylə yola verirdilər.
Hamı qonaqlarını eyni vaxtda canlı
yayıma çıxardır, reytinqsə türk millətinin öhdəsinə verilirdi.
*
Ailəcə hamı bundan danışırdı.
Ailəcə hamı seyr edirdi.
*
Belə-belə, yavaş-yavaş, sakit-sakit ölüm
normal hadisəyə çevrildi.
*
Özgecanın atası məsələn. Səhnəyə çıxıb
konsert verdi!
*
Bəli, səhv oxumadınız… Tayyip Erdoğanın əmrilə "dövlət sənətçisi” oldu. Mersin Dövlət Klassik türk musiqisi xoruna götürüldü, qızının adı verilən meydanda Ramazan bayramı konsertində səhnəyə çıxdı, solistlik etdi.
*
Qızı öldürüləndə müğənni olsaydı,
cəhənnəm, deyərdim ki, həyat davam edir, amma… Qızı öldürüləndə dizayner idi,
mətbəələrdə işləyirdi. Musiqiyə marağı var deyə, Tayyib Erdoğan tərəfindən "dövlət
sənətçisi” elan olundu, çıxıb mahnı oxusun deyə xor dəstəsinə
qəbul olundu.
*
Və əvvəlki gün…
Artıq mətbuatımıza da gərək qalmadığı
ortaya çıxdı.
*
Balıkesirdə elçiliyə gedən hərif qızı
vermədikləri üçün ov tufəngini gətirdi, qəz tərəfini ucdan tutma vurdu, üç
adamı öldürdü, dördünü yaraladı, bu qətliyamı mobil telefonu ilə çəkdi, diktor
kimi anons verərək sosial mediyada yayımladı!
*
Özün bişir, özün ye dövrü başladı.
*
Hörmətli problemsiz mətbuatımız…
"Dəyərli” insanları cəmiyyətin gözünün
önünə çıxartmaqdansa, "dəyərsiz önəmli” insanları məşhur elədi.
Hörmətli bivec əhalimiz…
"Dəyərli” insanlara hörmət etməkdənsə, "dəyəsiz
önəmli” insanalrı başının tacı elədi.
*
Bu nəticə qaçılmaz idi.
Bir zamanalar 90 yaşlı qonşusu əcəliylə
vəfat edəndə yas elan edən millətdən… Dünyanın ən vəhşi cəmiyyəti yaradıldı.
*
Afrin şəhidlərindən birinin belə adını
bilməyib, Survivor yarışmasında iştirak edənləri səhvsiz saya bilən cəmiyyətə
yavaş-yavaş, sakit-sakit belə gəlib çatdıq.
"Sözçü qəzeti" 22 fevral 2018


Bakı -°C
