adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Sentyabr 2015 14:08
45543
MÜSAHİBƏ

“Yerlərdə daha yaxşı qəbul olunuruq”- MÜSAHİBƏ

AXCPEtimad Qurultayı üzrə Təşkilat Komitəsininsədri RaziNurullayev Adalet.az-a müsahibə verib. O, müsahibəsində rəhbərlik etdiyiqurumun fəaliyyətindən, gələcək planlarından danışıb.

-Razi bəy hazırda nə kimi iş görürsünüz, bu dövrərzində hansı nəaliyyətlər əldə etmisiniz?

-Artıq 400nəfərdın çox cəbhəçi bizim tərəfə keçib. Rayon təşkilatlarında konfranslarkeçirilib. O cümlədən bir çoxları ilə danışıqlar aparılır.

İşimizielə qurmuşuq ki, proses yalnız cəbhəçilərin bizim tərəfimizə keçməsi iləsəciyyələnmir. Tərəfimizə keçənlərin arasında cəbhəçi olmayanlar var ki, bunlarAzərbaycan siyasətində yeni simadırlar. Bütün bunlarla yanaşı bizə üzv olmaqüçün gözlətdiyimiz insanlar da var. İkinci mərhələyə başlayanda artıq bugüngözləmə mövqeyində duran və siyasi maraqları olan, özünü siyasətçi görməkistəyənlər bizim yanımızda olacaqlar.

-Bir sıra partiyalarda keyfiyyətə yox kəmiyyətə önəmverirlər. Sizdə vəziyyət necədir?

-Bizdə üzvlülüküçün məhdudlaşdırıcı amillər yoxdur. Bizim digər siyasi pöartiyalardan fərqimizondadır ki, hər bir yeni simaları önə çəkirik. Onları fəallaşdırırıq, meydanveririk. Əlbətdə bizim üçün keyfiyyət daha çox maraqlıdır.   

-Regionlarda vəziyyət necədir. Məsələn deyək ki. birsıra partiyaların Naxçıvan şöbələri yoxdur. Siz bu yöndə nə kimi iş görürsünüz?

-Yerlərdədaha yaxşı qəbul olunuruq. Çünki, regionlardakı insanlar daha səmimidir vəsiyasətə daha sağlam baxmağa meyillənirlər. O baxımdan mən hesab edirəm ki,regionlarda işlərimiz daha yaxşı gedəcək. Əlavə olaraq Naxçıvanla bağlı onudeyə bilərəm ki, müəyyən cəhdlərimiz olub və ola bilsin ki, Naxçıvanla bağlımüəyyən surprizləri cəmiyyətə təqdim edə bilək. Hələlik qısa onu deyim ki,Naxçıvanda biz güclü təşkilat qura biləcəyik.

-Surprizlər vəd edirsiniz. Bu surprizlər ƏliKərimlinin çökəltməkdə nə kimi rol oynayacaq?

-Gördüyümüzişlər və surprizlərimiz Əli Kərimlini çökəltməyə yönəlməyib. Bizim Əli Kərimliadlı problemimiz yoxdur. Əli Kərimliyə qarşı mübarizə üçün yaranmamışıq. ƏliKərimlinin siyasətdən kənara çəkilməsi vacibdir, ancaq ən böyük prioritetimizdeyil. Məsələlər həll edilə bilər. Əli Kərimli qurultayla bağlı hər hansırazılıq ortaya qoyarsa, sədrlikdən gedərsə o zaman qurultay keçirməyə ehtiyacqalmaz. Bir qurultay olar. Qarşılıqlı şəkildə razılaşa bilərik ki. mən və Əlibəy sədrlik yarışında iştirak etməsin. Təmamilə başqa bir insan sədr seçilsin.Bununla da qarşıdurmaya son qoyula bilər. Bizim əsas prioritetimiz xalq üçünnəsə etməkdir. Azərbaycanda yeni siyasi bir format otuşdurmaqdır. Mənə beləgəlir ki, bəlkədə  Azərbaycansiyasətçiləri arasında bugün Razi Nurullayevin yanında olmaq siyasətə daha çoxaçılmaq, tanınmaq deməkdir. Biz heç kimə paxıllıq etmədən, onun siyasi səhnədəotruşmasına yardımçı olmağa çalışırıq. Bəlkədə bura yeganə yerdir ki, öztərəfdarlarımın potensialını artırmaq üçün əlimdən gələni edirəm və  istəyirəm ki, ətrafımda olanlar daha çoxtanınsınlar və cəmiyyətə daha çox mesajlar verə bilsinlər.

-Digər siyasi partiyalardan sizə qoşulmaqistəyənlər varmı?

-Bəliolub. Ancaq biz onlara ciddi önəm verməmişik. Bəlkə də bu müəyyən inciklikyaradıb. Biz istəmirik ki, indiki məqamda belə bir fikir yaransın ki, RaziNurullayev digər partiyaları da parçalamaq istəyir. Ancaq hər kəs siyasiseçimində azad olmalıdır. Güman edirəm ki, ortaya qoyacağımız yeni siyasimünasibətlərdə bizim partiyaya olan axını dayandırmaq mümkün olmayacaq.

-Siyasi liderlərlə münasibətiniz hansısəviyyədədir?

-Çoxgərgin iş qrafikində işlədiyim üçün açığı bu istiqamətdə heç bir iş görməmişik.Təmaslarımız olmayıb. Ancaq Əli Kərimlidən başqa digər siyasi liderlərlə  münasibətimiz qalır.

-Onlardan sizə hər hansı təklif gəlibmi?

-Biz eləbir mərhələdəyik ki, çoxları gözləmə mövqeyi tutur. Ancaq kifayət qədər partiyasədri bizi müdafiə edir.

-Sizin beynəlxalq əlaqələriniz yüksək səviyyədədir.Siz bu partiyanı xaricdə hansı səviyyədə təmsil edəcəksiniz?

-Təbiiki, təmsil etdiyimiz partiya bütövləşəcək. Bir olacaq. Biz hüquqi təmsilçilikalandan sonra daha ciddi işləyə biləcəyik. İndi beynəlxalq təşkilatlar da,səfirliklərdə gözləmə mövqeyindədir. Bunun üçün də biz də onları tələsdirməkniyyətində deyilik. Bu məsələni öz axarına buraxmışıq. Mən hesab edirəm ki,qurultayı keçirəndən sonra açıq şəkildə görünə biləcəyik. Qurultaydan sonraAvropa turnesinə çıxmağı planlaşdırmışam. Hardasa 15 ölkədə müxtəlif səpkidəgörüşlər keçiriləcək.

-Birləşmə deyirsiniz...

-Bu günməni günahlandırırlar ki, hakimiyyətin adamıyam. Bu gülünc məsələdir. Mənonlara şans verirəm ki, mənim və hakimiyyətin oynunu pozsunlar. Onsuzda ictimairəydə də belə fikir var ki. köhnə simalar geri çəkilib öz yerini gənclərəverməlidirlər. Baxın Əli Kərimlidən başqa hamı geri çəkilib. Mən də təklifedirəm ki, Əli Kərimli geri çəkilsin. Kim deyir ki, Əli Kərimli siyasətdəngetsin? Getməsin. Sadəcə başqa bir nəfər AXCP-nin sədri olsun. O zaman bizimfəaliyyətimizə gərək qalmayacaq.

Fəaliyyətimləonu göstərirəm ki, mən buna hazıram. Onlar hazır deyillər. Mən partiyanınbirliyi üçün əlimdən gələni edirəm. Üstəlik söyüş, təhqir yolu ilə bu işihəyata keçirirlər. Biz buna qarşı kompaniya başlatmışıq. Artıq ictimai rəydəsöyüş represiyasına ciddi kampaniya gedir.  

Əli Kərimlitərafdarları söyüş və təhqir yağdırır. Söyüş və təhqirlərə özünü ziyalı sayanEldəniz Quliyev, İbrahim İbrahimli və onlarla digərləri şərik çıxır.

-Məhkəməyə də müraciət etmisiniz?

 -Məhkəməyə müraciət etməmişik. Əgər müraciətetsəydik bir neçə nəfər həbs olunmalı idi. Mən o insanların həbs olunmasınıistəmirəm. Ancaq ətrafımda olan insalar təhqir olunub. O insanlar məhkəməyəmüraciət edib. Qısa zamanda Azərbaycanda maraqlı bir məhkəmənin şahidiolacaqsınız. Bu proses həm əyləncəli həm də komik olacaq. O insan böyük zərbəalacaq. Biz bu məsələnin arxasından çəkilməyəcəyik.

-Söhbət kimdən gedir?

-Söhbətziyalı cildinə girmiş bir şəxsdən gedir.