Yeniyetmələrin “TikTok”a girişi məhdudlaşdırılır
“TikTok” sosial şəbəkəsi "Ailə ayarları" bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır.
Adalet.az şirkətə istinadən xəbər verir ki, “TikTok” tərtibatçıları yeni "Qeyri-aktiv vaxt" ayarını yaradıb.
İndi valideynlər övladları üçün “TikTok”a giriş məhdudiyyəti təyin edə bilərlər – məsələn, dərs saatlarında və ya gecə vaxtı. Valideynlər rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada və daha əvvəl tətbiq olunmuş məhdudiyyət dövründə övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.
Bundan əlavə, “Ailə ayarları”nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir. İndi onlar övladlarının “TikTok”da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu, yeniyetmənin hansı istifadəçiləri blokladığını görə biləcəklər.
"Yaxın aylarda “TikTok” valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək", - məlumatda deyilir.
Digər Xəbərlər
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55


Bakı -°C

