Qarabağ Universitetində yeni təyinat
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Dilqəm İlham oğlu Əhmədli Qarabağ Universitetinin Təbiət elmləri fakültəsinin proqram rəhbəri vəzifəsinə təyin olunub.
Adalet.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, Dilqəm Əhmədli orta məktəb illərində təbiət elmləri və kimya üzrə beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edib.
O, 2012-ci ildə Beynəlxalq Yeniyetmələr Elm Olimpiadasında, 2014 və 2015-ci illərdə isə Beynəlxalq Kimya Olimpiadası və Mendeleyev Kimya Olimpiadasında iştirak edib. Bakalavriat təhsilini Türkiyənin Bilkent Universitetində Kimya ixtisası üzrə alıb və həmin proqramı 3,5 il müddətində fərqlənmə diplomu ilə bitirib. Daha sonra Bilkent Universitetində Kimya ixtisası üzrə magistratura təhsilini davam etdirib.
2022–2026-cı illərdə doktorantura təhsilini Almaniyanın “Max-Planck” tədqiqat institutunda alıb. Dilqəm Əhmədli 7 ildən çox elmi-tədqiqat təcrübəsinə malikdir və beynəlxalq nüfuzlu elmi jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir. Onun elmi işləri “Journal of the American Chemical Society”, “Nature Catalysis”, “Journal of Organic Chemistry” və digər beynəlxalq jurnallarda nəşr olunub. O, həmçinin “Novartis Graduate Colloquium”, “Syngenta Collaborative Research Conference”, “Anatolian Conference on Organic Chemistry” kimi beynəlxalq elmi tədbirlərdə çıxış edib.
Elmi fəaliyyəti ilə yanaşı, Dilqəm Əhmədli tədris sahəsində də təcrübəyə malikdir. O, Bilkent Universitetinin Kimya Departamentində ümumi kimya, üzvi kimya, analitik kimya və fiziki kimya fənlərinin tədrisi üzrə çalışıb, həmçinin TÜBİTAK tərəfindən təşkil edilən milli və beynəlxalq kimya olimpiadalarına hazırlıq düşərgələrində mühazirəçi və akademik bələdçi kimi fəaliyyət göstərib. Əsas tədqiqat istiqamətləri üzvi sintez, funksional materiallar, elektrokimya, həmçinin xərçəng xəstəliyinin diaqnostikası və müalicəsi üçün biokimyəvi metodların inkişafı ilə bağlıdır.
Digər Xəbərlər
23 Iyun 2026 10:07
Universitetlər Bakıdan köçürülür? - Nazirdən açıqlama
22 Iyun 2026 17:13
"Bütün müəllimlərin maaşı artır" - Nazir
22 Iyun 2026 17:09
BŞTİ 30 məktəblə bağlı - QƏRAR VERDİ
22 Iyun 2026 11:13
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
21 Iyun 2026 14:04
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi - YENİLƏNİB
19 Iyun 2026 17:56
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
19 Iyun 2026 17:28
513 əlaçı 0-200 bal toplayıb
19 Iyun 2026 16:44


Bakı -°C

