adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
09 Yanvar 2020 14:20
54569
MARAQLI

Yeni ilin qorxuducu mənzərəsi

Yeni ilin ilkongünlüyünü arxada qoyuruq. Amma geri baxmaq, olanları bir də nəzərdənkeçirmək ehtiyacı duyuruq.

Yeniildəinsan faciəsi

ABŞ-ın İran generalı QasımSüleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddəçatıb.İran qisas əməliyyatına başladı:İraqdakı ABŞ bazalarına rakethücumu nəticəsində 80 nəfər ölüb.

İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi 8min fut yüksəkliyə qalxdıqdan sonra onun məlumatları radardan itib, təyyarəyüksəkliyi itirərək yerə çırpılıb. Təyyarənin əyləncə parkında yerə çırpılmasıilə partlayış baş verib.

Təyyarədə olan 179 sərnişin və 9 nəfər ekipaj heyəti həlakolub. Təyyarədə 146 İran vətəndaşı, 10 Əfqanıstan vətəndaşı, 5 Kanada vətəndaşı,4 İsveç vətəndaşı, 11 Ukrayna vətəndaşı olub.

***

ABŞ-ın sui-qəsd komandası kimi tanınan "75-ci Ranger Alayı”İraqa göndəriləcək.
Bunu da ABŞ ordusuna yaxın "Military.com” saytı informasiya yayıb.

Bildirilib ki, 3 min 632 nəfərlik alay Vircinia ştatındanyola çıxacaq.
Qeyd edək ki, "75-ci Ranger” ABŞ-ın ən ali səviyyəli sui-qəsd komandası kimitanınır.
1984-cü ildən bəri aktiv olan alay yüngül piyada xüsusi təyinatlı əməliyyatbirliyi kimi fəaliyyət göstərir.
"75-ci Ranger”in tarixə düşən fəaliyyətləri
• 2001-2002-ci illər arasında Əfqanıstanda 1700-dən çox "Taliban” silahlısıöldürüldü.
• 2003-cü ildə MKİ ilə birgə hərbi əməliyyatda "Əl-Qaidə”nin o dövrdəki ən təhlükəlişəxsi olan Xalid Şeyx Məhəmmədi saxlayıb Quantanamoya apardılar.
• "Sünni üçbucağı” adlandırılan Ramadi, Mosul və Fellus ilə yanaşı, Tikritdəxüsusi əməliyyatların böyük hissəsini gerçəkləşdirdilər.
• 2008-ci ildə "Əl-Qaidə”nin ikinci şəxsi olan Əbu Xəlləfini İraqda öldürdülər.
• 2006-cı ildə Pakistanda təşkil etdikləri basqında aralarında "Əl-Qaidə”ninçeçen komandanı İmam Əsədin də olduğu 30 terrorçu öldürüldü.
• 1 may 2011-ci ildə "Əl-Qaidə” lideri Usamə Bin Ladeni öldürən iki birlikdənbiri məhz bu alay oldu.
• 26 aprel 2017-ci ildə aralarında İŞİD-in Əfqanıstan və Pakistan əmiri Əbdül Həsibində olduğu 35 terrorçunu öldürdülər.


Yeni ildə flora və fauna faciəsi

Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında birmilyarddan çox heyvan ölüb.

Bu barədə "TASS” agentliyi bununla bağlı tədqiqat aparanalimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbərverib.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isəölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütünAvstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Qeyd edilir ki, təbiət hadisəsi Yeni Cənubi Uelys ştatının mərkəzivə şimali sahilyanı ərazilərində minlərlə koalanı, eləcə də digər nadir heyvannövlərini öldürüb.

***
CənubiAvstraliyanın Ətraf Mühit və Su Nazirliyinin mətbuat katibi dəvələrin sayınınaartmasının bölgədə çox sayda problemə səbəb olduğunu bildirib.

Beləki, 10 mindən artıq dəvənin həddən artıq su içməsininqarşısını almaq üçün vertolyotdan vurularaq öldürüləcəyi bəyan edilib.

Rəhbərliyin təmsilçisi Marita Beyker deyib: "İsti və narahatşəraitdə sıxışıb qalmış vəziyyətdəyik, özümüzü narahat hiss edirik, çünki dəvələrçəpərləri aşırıb içəri girirlər, evlərin ətrafına toplaşırlar, kondisionerlərdəndamlayan suları içməyə çalışırlar”.

Ölkə ərazisində dəvələrin ümumi sayının 1,2 milyona bərabərolduğu güman edilir. Əməliyyatın 5 gün davam eləməsi planlaşdırılır.

Ötən il Avstraliya hökuməti ölkədəki yerli heyvan növləriniməhv edən vəhşi pişikləri öldürmək üçün zəhərli sosiskalardan istifadə edəcəyinibəyan eləmişdi. 2020-ci ilə qədər 2 milyon pişiyi öldürmək planlaşdırılırdı.

Yeni ilim kahin və alimlərinin təhlükəlihesablaması

Kahin: Bir sıra önəmli proqnozları ilə gündəmə gələnastroloq Jean Dixonun 2020-ci il üçün söylədikləri ortaya çıxıb.

Bir neçə ABŞ Prezidentinə müşavirlik etmiş bu şəxsin gələcəkləbağlı söylədiyi bir çox proqnoz özünü doğuldub. O, ölkəsinin 20-ci əsrdəki ənyaxşı psixoloq və astroloqlarından biriydi.



Onun ən doğru proqnozu isə Prezident Kennedinin sui-qəsdiidi. Dixon 1956-cı ildə "Parade” jurnalında 1960-cı ildə "əməyin hakimolacağını və bir demokrat tərəfindən qazanılacağını” bildirdi. Ardınca ConKennedinin sui-qəsdə məruz qalacağını dedi.

1971-ci ildə "The Call to Glory” (Zəfər Çağrısı) adlıkitabında "2020-2030-cu ildə İsa Məsihin gerçək olacaq ikinci gəlişiyaşanacaq”,- deyə yazmışdı. Dixon bildirirdi ki, Armagedon müharibəsi də2020-ci ildə olacaq və 2030-cu ildə başa çatacaq. Dixonun proqnozuna görə,bundan sonra dünya məhv olacaq.

***
Alim:100milyon ildən bir Yerə düşən asteroidlər sivilizasiyanı məhv edə bilər.

Bunu rusiyalı alim, "Roskosmos"un əməkdaşı İqorBakaras deyib.

Alimin sözlərinə görə, məhz 65 milyon il əvvəl dinozavrlarbu cür asteroid və kometlərə görə məhv olub. Meksikanın cənub sahillərindəki300 kilometrlik Çiksulub krateri bunun sübutudur.

Bakaras qeyd edib ki, hətta diametri 1 kilometrə çatanbalaca asteroidlər belə qlobal faciəyə gətirib çıxara bilər.

Allah dünyamızı qorusun!

Əntiqə Rəşid

Adalet.az