Yəməndə saxlanılan BMT əməkdaşlarının sayı 20-yə çatıb

BMT-nin azı 19 əməkdaşı Yəmənin husi üsyançıları tərəfindən saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə "The Times of Israel" BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrikin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılanlardan 18-i BMT-nin yəmənli əməkdaşları, biri isə əcnəbidir.
S.Dyujarrik bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.
Qeyd edək ki, avqustun 31-i husilər İsrail tərəfindən bir neçə yüksək vəzifəli hökumət rəsmisinin öldürülməsinə cavab olaraq Səna şəhərində BMT-nin ərzaq, tibbi və uşaq təşkilatlarının ofislərinə reydlər keçiriblər.
Digər Xəbərlər

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte

ABŞ Avropanı Hindistana qarşı sanksiyalara qoşulmağa çağırdı

Portuqaliyada matəmdir

Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

"Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq" - Rusiya XİN
