04 Sentyabr 2025 12:53
296
DÜNYA

“Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte

Ukraynaya xarici ölkə qoşunlarının göndərilməsi Rusiyanın qərar verəcəyi məsələ deyil.

Adalet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Ukraynaya Avropadan hərbi kontingentin göndərilməsi ilə bağlı etirazına cavab olaraq deyib.

    “Niyə bizə Rusiyanın bu barədə fikri maraqlı olmalıdır? Ukrayna suveren ölkədir. Buna Rusiya qərar verə bilməz. Rusiyanın bu məsələyə aidiyyəti yoxdur. Əgər Ukrayna sülh müqaviləsini dəstəkləmək üçün özünün təhlükəsizliyinə zəmanət verən hərbi birləşmələrə ev sahibliyi etmək istəyirsə, bu, onun qərarıdır. Başqa heç kəs bununla əlaqədar qərar verə bilməz”, - Rutte vurğulayıb.

    NATO Baş katibi Rusiya lideri Vladimir Putini çox güclü hesab etməyin doğru olmadığını bəyan edib.

    “O sadəcə Texas ştatının qubernatorudur, vəssalam. Gəlin onu çox ciddi hesab etməyək”, - Rutte qeyd edib.