"Bu, Bakı-Moskva münasibətlərinin normallaşmasına töhfə verə bilər" - Zaxarova

"Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər".
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub", - diplomat vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da xatırladıb ki, Rusiya vətəndaşlarının konsulluq əməkdaşları tərəfindən artıq iyulun 3, 14 və 23-də Bakı İstintaq Təcridxanasına üç səfəri təşkil olunub:
"Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik razılıq verməyib. Biz güman edirik ki, belə razılıq alınacaq".
Digər Xəbərlər

Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

"Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq" - Rusiya XİN

Özbəkistan Rusiya XİN-nə nota verib

Qoşunları Donbasdan çıxarmayacağıq - Zelenski

Putin "tunelin sonunda işıq" görür

Britaniya kəşfiyyatı: Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır
