adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 May 2023 15:46
1530
MEDİA

Yelena Sidorenko: "Ən böyük səhv auditoriyanın qarşısında..."

Adalet.az xəbər verir ki, keçmiş "ANS"in aparıcısı, "Baku bloggers school"un təsisçisi Yelena Sidorenko spikerlərlə bağlı narazılığını dilə gətirib.

O, son vaxtlar peşəsilə əlaqədar olaraq iştirak etdiyi bütün tədbirlərdə spikerlərin çıxışlarını çox diqqətlə analiz etdiyini vurğulayaraq deyib ki, ən böyük səhv auditoriyanın qarşısında “Əslində, çıxışa hazırlaşmamışam" demələridir. Məhz bu səbəbdən əksər çıxışlar rezume xarakter daşıyır. Spiker öz karyera hekayəsini danışır, lakin ondan öyrənmək üçün gələn auditoriyaya heç bir mesaj ötürmür. Nəticədə bu çıxış işə düzəlmək üçün müsahibədən fərqlənmir, auditoriya isə obyektiv şəkildə "ac qalır".

Hər çıxışa mütləq hazırlaşmaq lazımdır! Ən yaxşı natiq öz çıxışına hazırlaşan natiqdir. Natiqlik - Allahdan vergi kimi tərcümə olunur. Əvvəllər hamı elə düşünürdü ki, natik olmaq mümkün deyil, natiq doğulmaq lazımdır. Mən tam əksini sübut etməyə hazıram! Müasir tarixdə bununla bağlı kifayət qədər parlaq nümunələr var.

 

Emin