MEDİA Özbəkistanın media nümayəndələri üçün təlim keçirib - FOTO
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Özbəkistanın bir sıra media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlim keçilib.
Adalet.az bu barədə Agentliyin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, Virginia Birləşmiş Universitetinin fəxri dosenti, uzun illər ərzində xəbər agentliklərində müxbir və redaktor kimi çalışmış Cef Sauz tərəfindən “Qabaqcıl jurnalistika üçün rəqəmsal alətlər: Məlumatın tapılması, yoxlanılması və təqdim olunması” mövzusunda təşkil olunan təlim sesssiyasında data jurnalistikasının əsas anlayışları, ictimai maraq doğuran məlumatların toplanma qaydası, təhlili və vizual alətlər vasitəsilə effektiv şəkildə auditoriyaya çatdırılması yolları müzakirə edilib.
Diqqətə çatdırılıb ki, belə təşəbbüslər yalnız təlim xarakteri daşımır, eyni zamanda media sahəsində uzunmüddətli əməkdaşlığın qurulmasına, qarşılıqlı informasiya axınının təşviqinə və jurnalistlər arasında səmərəli işgüzar əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.
Digər Xəbərlər
27 Iyul 2026 16:26
""Səhər" kanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur" - MEDİA
22 Iyul 2026 19:19
Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
22 Iyul 2026 16:09
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət etdilər - FOTOLAR
22 Iyul 2026 00:00


Bakı -°C

