adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2018 15:26
17891
MARAQLI

Yəhudilərin ağıllı olmasının balıqla nə əlaqəsi var?

Balıq yəhudi mətbəxi,dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayramsimvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxahzodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinindəbalığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə,göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.

Tanexe, Talmud və Kabbala — yəhudi mistikasında balığa müxtəlif aspektlərdənbaxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığayalnız kulinariya obyekti kimi baxmışıq.
Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar,mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıqisə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşımənbəyidir.

Zülallar bütün orqanizmin əsasını təşkil edən, həmçinin maddələr mübadiləsi vətənzimləmə funksiyalarına görə cavab verən vacib elementdir. Qana hemoqlobin vəoksigeni mürəkkəb zülallar daşıyır. Fermentlər və bəzi hormonlar (məsələn,insulin) da — zülallardır. Zülallar orqanizmi qoruyur və bir çox digərfunksiyaları yerinə yetirir. Və nəhayət, zülal orqanizm enerji mənbəyi kimiistifadə oluna bilər. 1 qram zülal oksidləşmədə 4.1 kalori yaradır.

Zülallarda amin turşuları da var. Kimyaçılara çox sayda amin turşularıməlumdur, lakin onlardan yalnız 20-si zülalların tərkibinə daxildir. Canlıorqanizmlərdə amin turşuları zülalların və digər bioloji mühüm birləşmələrinbiosintezində istifadə edilir. Bakteriyalar və bitkilər bütün lazım olan aminturşuları bəsit maddələrdən sintez etmək qabiliyyətinə malikdir. Lakin bir sıracanlı orqanizmlərdə və insanda amin turşuları sintez oluna bilmir, ona görə dəonlar orqanizmə qida ilə daxil olmalıdır. Onlar əvəz oluna bilməyən aminturşular adlanır. Odur ki, balıq əvəzolunmaz amin turşuları və zülallarınınəsas mənbəyidir.

Yağların miqdarı isə 0,4%-dən 29%-ə qədər (ağ, qızıl balıq, qütb siyənəyi)çatır. Balıq yağı yarımduru olub, çoxlu miqdarda doymamış yağ turşularındantəşkil edilir. Bu turşular oksigenlə asanlıqla oksidləşirlər, odur ki, balıqətini saxladıqda o iylənir və dadı korlanır.

Balıqda olan doymamış — Omeqa 3 yağ turşuları qiymətlidir. Və amin turşularıkimi yağ turşuları əvəzolunmaz olur, yəni onları bizim orqanizm sintez edəbilməz, qida ilə almalıdır. Balıq isə doymamış və əvəzolunmaz yağ turşularıyla,eləcə də yağda həll olan vitaminlərlə zəngindir.

Yəhudilər niyə uzunömürlü olur?

Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Tədqiqatçılar Omeqa 3 yağturşularının hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyinimüəyyənləşdirib. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları mütəmadişəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: Yaşlanmaprosesini gecikdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir vəqırışıqlıqları azaldır.

Məhz buna görə də alimlər həftəlik qida rasionunda balıq rolunun mühüm olduğunubildirərək xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortayaqoyub. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər birorqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq,sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlükverə bilərsiniz.

Yəhudilərin ağıllı olmasının balıqla nə əlaqəsi var?

Son illərdə diyetoloqlar və həkimlər doymamış yağ turşuları – Omeqa 3-ünmöcüzəli xüsusiyyətlərini tez-tez aydınlaşdırır. Elmi araşdırmalar göstərir ki,bu əvəzolunmaz yağ turşuları beyinin işini normallaşdırırlar və inkişafetdirir, ürək-damar sisteminə profilaktik və müalicəvi təsir göstərir,altsheymer xəstəliyi, hipertoniya, ateroskleroz, şəkər xəstəliyi, revmatizm vəpodaqra kimi dəri xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.

Bəzi tədqiqatlar da göstərir ki, Omeqa 3 gənclər arasında aqressivliyi vədepressiyanı azaldır, disleksiya (beyin qabığının zədələnməsi nəticəsindəoxumaq qabiliyyətinin itməsidir) xəstələrinə kömək edir.
Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3alırsa, körpənin beyni və görmə bacarığı daha yaxşı inkişaf edir. Həftədə ən az3 dəfə balıq yedikdə ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya,depressiya kimi xəstəliklər az müşahidə edilir.

Balıq yeməyi sevən yəhudilərin ağıllı olmasının bir səbəbi budur. Onlar çoxgözəl bilir ki, uşaqların beyin inkişafı üçün qidalanma rasionunda balıq xüsusiyer tutur. Ümumiyyətlə, balığın faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavəolunur. Yeri gəlmişkən qeyd edək ki, İsraildə balıqların istifadə müddətinə,keyfiyyətinə xüsusi nəzarət edilir.

Tərkibindəki B1 və B2 vitaminləri 0,05-0,1 mq%, PP vitamini isə 1-5 mq%-əçatır. Yağlı balıqların toxumalarında A və D vitaminləri də olur. Dənizbalıqlarının qaraciyərindən alınan yağlarda isə bu vitaminlər daha çox olur.Belə balıqların ətində mikroelementlər, yod çoxdur. Məhz bu kimi amillər dəinsanın daha sağlam və uzun yaşamasına yardım edir.

O tez xarab olan yeyinti məhsullarına aiddir. Balıq hətta ətdən də tez xarabolur. Odur ki, balığı tutduqdan sonra onu -2-3°-yə kimi tez soyutmaq lazımdır.

Məlumat üçün bildirək ki, balığın faydaları və onun zəruri qida mənbəyi olmasıtəxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilib. Quranda dənizməhsullarını «Təzə ət yeməyiniz üçün dənizi də sizə ram edən Odur...» («Nəhl»surəsi, 14), «Dəniz ovu və onu yemək sizə də, səfərdə olanlara da faydalı olsundeyə halal edildi...» («Maidə» surəsi, 96) ayələri ilə xəbər verir.

Bundan əlavə, «Kəhf» surəsində də balığa xüsusi diqqət çəkilir. Bu surədəhəzrəti Musanın və onun gənc köməkçisinin uzun bir səfərə çıxdığı və özləri ilədə qida kimi balıq götürdüyü qeyd edilib