Anar yenidən AYB-nin sədri seçildi - YENİLƏNİB
Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.
Adalet.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.
Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.
***12:15
Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.
Adalet.az xəbər verir ki, Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Qurultayda çıxış edib. O ilk öncə Azərbaycanın II Qarabağ müharibəsində çaldığı zəfər münasibətilə qurultay iştirakçılarını təbrik edib.
***11:51
Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.
Adalet.az xəbər verir ki, Mədəniyyat Naziri Anar Kərimov XIII qurultayın keçirilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. "Əminəm ki, prezidentimizin söylədiyi kimi yazıçılarımız milli-mənəvi dəyərlərimizin, vətənpərvərliyin, maarifçiliyin qorunub saxlanılmasında bu vaxta qədər necə fəal iştirak ediblərsə, bundan sonra da o cür davam edəcəklər.
***11:39
Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.
Adalet.az-ın xəbərinə görə, qurultayda AMEA-nın prezidenti, əməkdar elm xadimi İsa Həbibbəyli, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin çıxışlarından sonra yazıçı Anar qurultayda iştirak edə bilməyən Oljas Süleymanovun məktubunu oxuyub.
***11:05
Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.
Adalet.az-ın xəbərinə görə, qurultayı AYB-nin sədri yazıçı Anar öz çıxışı ilə açıq elan edib. O, ilk növbədə son illərdə dünyasını dəyişən yazıçı və şairlərin siyahısını oxuyub. Daha sonra Prezident Administrasiyanın humanitar siyasət məsələləri üzrə şöbə müdiri Fərəh Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin sözlərini qurultay iştirakçılarına çatdırıb.
Qurultay davam edir.
Eminquey
Digər Xəbərlər
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55


Bakı -°C

