adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Yanvar 2018 13:49
37259
ƏDƏBİYYAT

Yazıçıların qəribə yazı vərdişləri

Adalet.azsizə yazıçıların qəribə yazı vərdişlərinitəqdim edir.

Edgar Po

Əsər yazmamışdan öncə saatlarla oturub yemədən içmədən ağ kağıza tamaşaedirmiş.

Fransalıtəmsil yazan Lafonten

Yazmamışdanöncə ilhamlandığını heçkəsdən gizlətmirmiş, küçədə ətrafdakı insanları nəzərəalmadan yazdığı heyvanların səslərini çıxarır, cümlələri xüsusi intonasiya iləküçədə yüksəkdən söyləyirmiş.

Bernard Şou

Bir şeyyazmamışdan öncə rezin botinkalar və qara axıracan düymələnmiş plaş geyinər,başına isə şlyapa taxaraq gedib bazarın bir küncündə otururmuş. Bazarda insan çox olduğundan əsər yazmaq onun üçün dahada asan olurmuş.

Alexander Duma (ata)

Xüsusidördkünc kağızlarda yazırmış əsərlərini. Əgər kağız bitərdisə, dərhal yazısını yarımçıqsaxlayarmış.

Amper

Bir günevdən çıxarkən ağaca təbaşir ilə yazmışdır: "Amper axşam olacaq evdə"O özü işdən biraz tez qayıtdığı üçün yazını oxuyub təzədən geri dönərək işəgetmişdir. Çünki, sonzamanlar o hətta özünün Amper olduğunu belə unudurmuş.

İtalyan filosofuKardano

Elə zənnedirmiş ki, bütün dövlət rəhbərliyi onu təqib edir. Hətta yeməkdən belə imtina etmişdir. O, fikirləşirdi ki, onun yediyi yeməyiniçinə zəhərli kimyəvi maddələr qataraq onu öldürmək istəyirlər.

Motsart

O, maniyadan əziyyətçəkirdi. O düşünür ki, bütün İtaliya əhalisi onu izləyir. Ona görə o evdən çöləçıxmırmış.

İbsen

Sərxoşolarkən hərşəyi cırıb-atırmış. Hətta özünün illər sərf etdiyi yazıları o birgünün içərisində məhv edirmiş. Ayılandan sonra isə ağlıyaraq yenidən yazmağa başlayırmış.

Şiller

Yalnızstolun üstündə çürümüş və qurdlu alma görərəkən ilhamlanaraq əsər yazırmış.

Zolya

Zolya romanyazarkən stula bağlayırmış.

Myusse

Öz şerləriniiki nəfərlik şamlar düzülmüş stolda romantik abu havada yazırmış. O iki nəfərlik masada təzahüründə olan xanımı fikirləşərək ona şerlər həsredirmiş. Əslində isə həyatda belə bir şey yox idi.

Şarlotta Bronte

Romanyazarkən hər bir səhifədən bir gedib kartof təmizləyirmiş sonra yenidən əyləşibromana davam edirmiş.

Flober

Əsəryazarkən qəhrəmanların şəkillərini qarşısına qoyaraq onlarla danışıb, ağlayıb,gülürmüş. Daha sonra əsgər kimi addımlayaraq öz əsərlərinə ad fikirləşirmiş. Həmdə yumurtalı, göylü, pendirli və meyvəli səhər yeməyi yeyir, üstündən birfincan soyuq şokolad yağı içərdi.

Vladimir Nobokov

Nobokov romanlarının qaralamasını yazarkən həmişə"Eberhard Faber Blackwing 602" qələmindən istifadə edərmiş.

Ernest Heminquey

Heminquey yazı yazmağa başlayan zaman qələm, kağız vəmaşınka arasında seçim etməkdə çətinlik çəkən yazıçılardan olub. Yazıçımaşınkanı seçmə səbəbini bu cür izah edib: "Yazı yazmağa başlayanda sənhəddindən artıq həvəsli olursan, ancaq bu istək oxucuya təsir etməyə də bilər.Yəni belə zamanlar üçün maşınkadan istifadə etmək daha faydalıdır, çünkiistifadəsi daha asandır və daha əyləncəlidir. Maşınkayla yazmağı öyrənəndəifadə etmək istədiyin hər duyğunu, detalı, fikri, məkanı oxucuya çatdırabilərsən. Bunu edə bilmək üçün yazdıqlarının üstündən də keçməyin lazımdır.Əgər qələmlə yazırsansa oxucunun yönələ biləcəyi üç fərqli baxış bucağınıhesaba ala bilərsən. Yazdıqlarına təzədən nəzər yetirərsən, maşınkada bunuetdiyində səhvlərini görmə şansın daha yüksəkdir, qələm-kağızla məşğul olduğunzaman isə bu şans azalır."

Heminqueyin Paris xatirələrini oxuyanda isə başqafikirlərə rast gəlirik:

"Mavi üzlü dəftər, iki karandaş və bir dəkarandaş yonan (cib bışağı karandaşın tez bitməsinə səbəb olur), mərmərstollar, südlü qəhvə qoxusu, səhərlər yeni təmizlənmiş yerlərin qoxusu və şans- bütün ehtiyacım bunlardır."

Cek Keruak

Cek Keruak qeydlərini bloknota və ya qeyd dəftərlərinəyazırmış. Bu dəftərləri ədəbiyyatla bağlı müxtəlif qeydlər yazmaq üçün istifadəedən yazıçı gəncliyindən bunlara özünün uydurduğu və oynadığı xəyali idmanmüsabiqələrinin nəticələrini də qeyd edirmiş.

Nil Qeyman

Nil Qeyman yazılarını avtomat qələmlə yazır. Qeyman2012-ci ildə verdiyi bir müsahibəsində bunları deyib: "Avtomat qələmdənistifadə etməyə 1994-cü ildə "Ulduz tozu"nu yazarkən başlamışam.1920-ci illərdə hansı üsulla yazırdılarsa o cür yazmaq istədim. Böyük birdəftər ilə "Waterman" markalı bir qələm aldım.

13 yaşımdan bəri ilk dəfə avtomat qələm istifadə edəcəkdim. Yavaş-yavaşyazmaq xoşuma gəldi. Beləcə cümlələr üstündə daha çox düşünə bilirdim. Əlyazısı ilə yazanda, ikinci dəfə təkrar yazmağa məcbur olursan. Bu xoşuma gəldi.Ora-burasını silib düzəltmək olmur. Qələmi mürəkkəblə doldurmaq da xoşumagəlmişdi".

Yazıçı 60-a yaxın avtomat qələminin olduğunu, yazarkən və imza günlərindədə kitablarını bu qələmlə imzaladığını deyir: "Mürəkkəbin rənglərini dəyişməyisevirəm, bu mənə həm də hər gün nə qədər səhifə yazdığımı da bilməyə imkanverir".

Qeymanın "TWSBI 540", "Visconti","Pilot Custom 823 Amber", "Delta Fluida" və "LepineIndigo Classic" kimi avtomat qələmləri var.

Simon de Buvuar

Simon de Buvuar da avtomat qələmlə yazırmış. İşlətdiyimarkalar isə bunlardır: "Sheaffer Snorkel Triumph", "Sheaffer'sSnorkel" və "Esterbrook".

Mark Tven

Tvenin özünün düzəltdiyi dəri üzlü dəftərləri çox sevirmiş. Qələm isə "Conklin Csescent Filler"dən imiş. Bu qələmi stolun üstünəqoyanda dığırlanıb düşmürmüş. Tven revmatizm xəstəsi olduğuna görə yazı yazmağaçətinlik çəkirmiş. Ona görə adətən kiməsə hekayələrini diqtə edirmiş.

Con Steynbek

Steynbek qələm həvəskarı imiş. Yazı yazmağa başlayandayanına düz 24 qələm qoyurmuş. Yazıçı məşhur "Blackwing" qələmləriniçox sevirmiş. "Mongol 480" qələmlərindən də xoşu gəlirmiş. Steynbekin"Cənnətin doğuşu"nu yazarkən 300, "Qəzəb salxımları"niyazarkən isə 60 qələm işlətdiyini deyirlər.

Ceyn Ostin

Ostin romanlarını lələk və mürəkkəblə yazırmış. Onunmürəkkəbinin tərkibi isə bu cürdür: "8 yemək qaşığı qallium turşusu, 4qaşıq dəmir sulfat, 3 qaşıq qatran, və yarım litr boyat pivə. Bunlarqarışdırılır. İçinə də bir az şəkər qatılır. 14 gün müddətində bacanın yanındasaxlamaq və hər gün iki dəfə möhkəmcə qarışdırmaq lazımdı".

Truman Kapot

Kapot belə yazır: "Başlanğıcda maşınka istifadə etmirəm. Əvvəlcəqələm-kağız işlədirəm, bir dəfə də qələmlə düzəlişlərimi edirəm. Üçüncümərhələdə isə sarı vərəqdən istifadə edərək maşınkada yazıram. Bunu edəndə heçyatağımdan çıxmıram. Maşınkanı dizlərimin üstünə qoyur və dəqiqədə 100 söz yazabilirəm".

Coan Roulinq

İndi artıq multimilyoner olsa da "HarriPorter"in birinci hissəsini Roulinq dəftər-qələmlə yazıb. Yəqin artıqkompüterdən istifadə edər.

Artur Konan Doyl

"Şerlok Holms"un yaradıcısı Doyl bir çoxkitabını "Parker Duofold" qələmilə yazıb.

Aqata Kristi

Sirlərlə dolu romanların yaradıcısı Kristi"Remington Home Portable Number 2" maşınkası ilə işləməyi sevirmiş.

Silviya Plat

Ted Hyuzun "Ad günü məktubları"nda yazdığınagörə Plat "Shaeffer" markalı qələmlə yazmağı sevirmiş.

Aleksandr Puşkin

Lüt bədəninə xələt geyinib masaarxasında oturub yazırdı.

Uolt Uitman

İstiridyə və ət yeməsə yaza bilmirdi.

Marsel Prust

Zehnini bir fincan qəhvə ilə açardı.

Corc Bayron

Kökəlməmək üçün içdiyi suya sirkəqatırdı.

Frans Kafkanın

Süd asılılığı vardı. Südsüz o nəinkiyaza, heç yaşaya bilmirdi.

Mayakovski

Küçəylə gedə-gedəaddım səslərindən yazacağı şeirin ritmlərini tuturdu.

Murakami

Roman işlərkənsəhər saat 4-də yuxudan qalxır və dayanmadan 5-6 saat yazır.

Stevan King

Əvvəl bir vitamin içir, sonra musiqiyəsəs verib konsentrasiya olurdu.

Əziz Nesin

Yazanda otağın qapı-pəncərəsinibərk-bərk bağlayır, masanın üstünə isə skelet qafası qoyurdu.

Səməd Vurğun

Kostyum geyinib, qalstuk taxıb, rəsmigeyimdə işləyirdi.

Süleyman Rəhimov

Kasayla dovğa içə-içə yazırdı.

VaqifCəbrayılzadə

Tamamlaya bilmədiyi şeirlərin havasınagirmək üçün biri-birinin əksinə gedən iki qatarın arasında dayanırdı. kulis.az