adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Mart 2015 13:27
15894
ƏDƏBİYYAT

Yazıçılar üçün bir gün - Sorğu

Dünyada belə birqanunauyğunluq var ki, müxtəlif peşələr üçün müəyyən günlər ayrılır. Bəzən formal xarakter daşıyan belə peşəbayramları əhəmiyyətsiz hesab edilsə də, əslində hər bir sahə üçün nəzərdətutulan xüsüsi günlər həvəsləndirmə, motivasiya baxımından çox vacibdir. Həmçininhəmin peşənin təbliğatı, diqqətlərin bu sahəyə ayrılması üçün bir vasitədir.Yazıçı peşəsinə diqqət də elə ədəbiyyata diqqət deməkdir. Dünyanın mənəviyyatdan çox maddiyataüstünlük verdiyi bir dönəmdə ədəbiyyatın təbliği bir az da özünəqayıdışdır.

Bir günlükxatırlatmanın nə dərəcədə əhəmiyyətli ola biləcəyi qafalarda sual işarəsiyaratsa da, 365 gündən birini həmişə başqalarından yazanlara həsr etmək, lazımdır,hətta vacibdir (şəxsən mən belə düşünürəm – qələm adamı olaraq). Milli vədünya ədəbiyyatının yaranmasında, geniş kütləyə çatdırılmasında, toplumun mədəni,mənəvi, psixoloji düşüncəsinin formalaşmasında böyük xidmətləri olan yazarlarınbir günün qəhrəmanı olmağa haqqı var!

Gələk bu gününtarixinə -  1921-ci ildə PEN-klub (poets(şair), essayists (oçerkçi) və novelists (roman müəllifi) qeyd olunmağabaşlayıb. 1923-cü ildə isə Londonda PEN klubu ilk beynəlxalq konqresikeçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək artıq PEN-klubun sayca 48-ci beynəlxalqkonqresi baş tutub. Məhz həmin konqresin iştirakçıları mart ayının 3-ün«Yazıçının Ümumdünya Sülh Günü» elan edilməsi barədə qərar qəbul ediblər. Amma sonralarbu bayram sadəcə, «Yazıçılargünü» adlandırılmağa başlayıb.

Bəs görəsən, Azərbaycan ədibləri üçün bupeşə bayramının əhəmiyyəti nədir? Adalet.az olaraq bəzi qələm sahiblərininfikirlərini öyrəndik:


"Diqqət, qayğı, təbrik və mükafata hər kəs kimi yazıçının da ehtiyacı var"


Azərbaycan Yazıçılar Birliyinin mətbuatxidmətinin rəhbəri, şair Xəyal Rza - Yazıçı üçün xüsusi günün, bayramın çoxböyük əhəmiyyəti olduğunu zənn etmirəm. Amma təbii ki, bu kimi məqamlaryazıçının, şairin həyatında, yaradıcılığında stimul rolunu oynaya bilir.Diqqət, qayğı, təbrik, mükafat və s. amillər var ki, buna hər kəsin ehtiyacıvar. Eləcə də yazıçının.  Bilirsiniz ki,Gənc Şairlər Birliyi olaraq biz də hər il iyun ayının 5-i tarıxini - MikayılMüşviqin doğum gününü Şairlər Günü elan etmişik. Və artıq 5 ildən çoxdur ki,hər il müxtəlif ölkələrdən gələn tanınmış qonaqlarımızla bu günü təntənə iləqeyd edirik. Müsbət reaksiyalardan görürük ki, bu gün necə əhəmiyyətli bir günəçevrilməkdədir. Elə buna görə də icazə verin yazıçıların da, şairlərin dətəbrik alacaqları bir günləri olsun.


"Yazıçılar onsuz da, bu gün oldu-olmadı sözdə həmrəydirlər"


Ədəbi tənqidçi, tərcüməçi CavanşirYusifli - Yazıçılar gününə və ümumən yazıçıların bir yerdə olmasına ehtiyacvar. Əgər bunun anlamı və mənası həmrəylikdirsə, şübhəsiz, onların bir yerdəolması indi dünyanı başına götürən neqativ hallara qarşı söz demək, bu sözüvahid iradənin ifadəsi kimi demək ehtiyacını doğurur. Ancaq yazıçılar onsuz da,bu gün oldu-olmadı sözdə həmrəydirlər. "Yazıçı günü" sözünün mənasınımən belə başa düşürəm və bu mənada yazıçının şəri müdafiə etməsini, bu bəsdeyilmiş kimi, ona qatılmağı dünyanın bəlkə də, ən çəkilməz dərdlərindəndir. XXvə XXI əsrlərdə insanlar, xüsusən də yazıçılar nahaq söz qarşısında susmağın minüsulunu kəşf ediblər. Dünyada ateist olduğuna görə, başqa səbəblərə görə gününgünorta vaxtı qətlə yetirilən yazıçılar var. Yazıçının kimliyi və sözü əsasməsələdir. Sülh (Nobel) mükafatı verilən prezidentlər, dövlət başçıları var,insan qırmaqla məşğuldurlar. Bu qəbildən o qədər fakt sadalamaq olar ki,nəticədə və bunların müqabilində yazıçının çox zəif olması anlaşılandır. Hərhalda sözü demək və həqiqət bildiyini müdafiəetmək əsas məsələdir.  Bizdə qrupbaz(devizləri: mən baş, sən ayaq!), başqalarına münasibətdə terrorla məşğul olanyazıçılar var, bax, bu da bir problemdir. Bir sözlə, məsələ çox mürəkkəbdir. Əlac nəyədir? "Yazıçı","şair" sözünün, anlamının içindəki sadə informasiya düzgün başadüşülməlidir. Məlum fikirdir: şeir bu dünyanın meydanlarından qələbə marşı iləkeçməyəcək, nasir əlində bayraq hansısa paraddan keçməyəcək,  bu, kosmik əhvalatdır, ruh məsələsidir.


"Yazıçılar günü qeyri-qələm adamlarının diqqətini qələm adamlarına cəlb etmək üçündür"


Yazıçı-tərcüməçi, filologiya elmləri namizədi MətiOsmanoğlu - Həmkarların həmrəyliyinə, bu həmrəyliyi yaradan tədbirlərə həmişəehtiyac var. Təbii ki, bundan ədəbiyyat üçün hər hansı birbaşa əhəmiyyət,fayda, mənffət gözləmək sadəlövhlük olardı. Dünya Yazıçılar gününü yaradıcı insanlar arasında həmrəylik yaratmaqbaxımından əhəmiyyətli hesab edirəm. Amma bu, qələm adamlarının yığışıb bayramqeyd etməsi üçün deyil, dünyanın və qeyri-qələm adamlarının diqqətini qələmadamlarına  cəlb etmək üçün birvasitədir. Məncə, bundan ədəbi təbliğat kimi istifadə etmək mümkündür. Yənimüxtəlif ədəbi mükafatların verilməsi, kitabların təqdimatı və s. üçün istifadəetmək olar. Dünya Yazıçılar gününü təsis edən Beynəlxalq Pen Klubun başlıcamissiyası isə dünyada söz və informasiya mübadiləsi azadlığı prinsiplərininqorunmasıdır.


"Bu xüsusi gün yazıçı və ya şair olduğunu qələm adamının özünə bir daha xatırladır"


Şairə Həyat Şəmi - Bu cür tarixi günlərinolması ehtiyacdan yaranmır ki... Sadəcə bir tarixi qanunauyğunluqdur. Əgər buvə ya başqa bir müəyyən gün yaranıbsa tarixən, onu qeyd etmək də zərurətdəndoğur. Yazıçılar Günümüz mübarək! Bu gün elə qələm adamları üçündür. Yazıçı vəya şair olduğunu bir daha özünə xatırladır. maddi tərəfi olmasa da,  mənəvi zövqü var bu bayramın... Qələm adamıolaraq, yığışıb qeyd etməsək də, tədbirlərlə eyni günə düşərsə xatırlanır.


Şəfiqə Şəfa