Yazıçı Anar "Söz" verdi

Mədəniyyət və Turizim Nazirliyinin dəstəyi ilə keçirilən "Söz" layihəsinin növbəti görüşü yazıçı Anarla keçirilib.
Adalet.az xəbər verir ki, Xalça müzeyində keçirilən tədbir layihənin müəllifi şairə Nigar Həsənzadənin çıxışı ilə başlayıb. Gecədə yazıçı Anar öz xatirələrindən danışıb. Aktrisalar Mehriban Zəki ve Mələk Abbasova dünyaca məşhur şairlərdən şeirlər səsləndirib.
Tədbirdə xalq artistləri Fidan və Xurman Qasımovalar, yazıçı Günel Anarqızı, aktyor Bəhram Bağırzadə, aparıcılar Emin Musəvi, Ceyhun Əli və başqaları iştirak edib.