Kəngərliyə növbəti köç: Daha 37 ailə yurduna döndü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Adalet.az xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Digər Xəbərlər

Hərbi hissələrdə tədbirlər keçirilib - FOTOLAR

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək
jpg-1751269353.jpg)
Cənab Çepa, "dostluğu məhv edən" qüvvə kimdir?-Dürüst olun!

Sabahdan əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir

Komitə: Saxta teleqram kanalının məlumatı ölkəmizə qarşı təxribatdır

"Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiv tədbirlər qəbuledilməzdir"

İlham Rəhimovdan Yekaterinburqdakı qanlı hadisəyə SƏRT REAKSİYA
