adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2020 10:40
68136
MARAQLI

Yayın “olmazsa-olmaz”ları: Maye, meyvə-tərəvəz və yüngül yeməklər...

Qızmar yay gəlib. İsti havalardabədənimizin nəm tarazlığı dəyişir və daha çox su itiririk. İsti hava ürək-damarsistemi üçün ciddi sınaqdır. Qızmaristilər xüsusən ürək və damar xəstəlikləriolan insanlar üçün ciddi təhlükə mənbəyidir.

Adalet.az xəbər verir ki, bununüçün qidalanmayavə istidən qorunmaya diqqəti artırmaq lazımdır.

Su ilə təmas

İsti havada ürək tutması, insultvə infarktın riskinin qarşısını almağı hamımız bacarmalıyıq.

Əvvəlcə, kardioloqların isti havada əsas tövsiyələrininəzərinizə catdıraq:

1. Fiziki gərginliyiazaldın.

2. Daha çox su için(buna əks-göstərişlər yoxdursa).

3. Dənizə gedəndə suyabirdən girməyin.

Hava və suyun arasında olan temperatur fərqi çoxdur. İsti bədən birdən-birənisbətən soyuq su ilə təmasa girəndə bu damarların anı sıxılmasına və ürəktutmasına səbəb ola bilər. Bu həmçinin soyuq duşa da aiddir.


Bədənisuya öyrəşdirmək lazımdır. Əvvəl topuqlarınıza qədər suya girin və bir qədərdayanın ki, orqanizm öyrəşsin, sonra dizlərinizə qədər və s.

Mayeqəbulu

Həddindən artıqistilərdə qan qatılaşır. Buna görə də isti havalarda qidalanmaya diqqət etməklazımdır. Bu cür havalarda maye qəbulunu artırmaq, maye tərkibli qidalaraüstünlük vermək lazımdır. Maye itkisinin qarşısını almaq üçün hər saatda bir stəkansu içilməlidir. Susuzluğu daha çox adi su və ya şəkərsiz (acı) yaşıl çayyatırır. Çox isti hava şəraitində hər 40-50 dəqiqədən bir 100-200 ml sərin su(18-20°S) içmək tövsiyə edilir. Bundan başqa, soyuq doğramac və ya qaspaççokimi yeməklər də sizi həm sərinləşdirəcək, həm də orqanizminizi lazımlı rütubətlətəmin edəcək. Yalnız ürək-damar xəstəlikləri, hipertoniya, piylənmədən əziyyətçəkən və böyrəklərində problemi olan insanlara çox maye istifadə etmək məsləhətdeyil. İsti hava - orqanizm üçün əsl sınaqdır. Biz iştahın yoxluğundan əziyyətçəkirik, amma yedikdən sonra mədədə ağırlıq hiss edirik. Ekstremal isti hava şəraitindəorqanizmə normal işləməyə kömək etmək üçün diyetoloqlar qidalanma vaxtını dəyişməyiməsləhət görürlər ki, bu zaman əsas qida qəbulu daha çox günün sərin vaxtınadüşür.



Yayyeməkləri

Yemək saatlarınızı səhər tezdən 6:00-7:00-da, naharı gün qızmadan öncə11:00-11:30-da, şam yeməyini isə 18:00-da qəbul edin. Ac qarnına yata bilməyənlərisə 21:00-da yüngül qəlyənaltı edə bilərlər. Səhər və şam yeməyini yemək çoxvacibdir. Həzmin nizamlı olması və çəkinin normadan qalması baxımından vaxtındavə rejimli qidalanmanın əhəmiyyəti yüksəkdir. Hədsiz isti havalarda qızartmayeməklərindən uzaq durmaq tövsiyə edilir.

Bu cür havalarda qızartma yerinə qaynatma, öz suyunda və ya az suda bişirməkimi sağlam üsullar seçilməlidir. Çünki yağlı qızartmalar və xəmir yeməkləri bədəndəyorğunluğa, baş ağrısı və yüksək təzyiqə səbəb olur. Ancaq tərəvəz və meyvəsalatları, qarabaşaq və düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissiyaratmır, bu səbəbdən onları günorta qəbul etmək məsləhətdir. Beləkarbohidratlar orqanizm tərəfindən asan mənimsənilir. Ət yeməklərini şam yeməyinəsaxlamaq tövsiyə edilir, çünki sərin havada onlar daha asan həzm olunacaq.



Yay aylarında bədən müqavimətini artırmaq və bədənin kifayət qədər vitaminvə mineral almasını təmin etmək üçün gündə ən az 5 boşqab tərəvəz və meyvəyeyilməlidir. Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər.Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzmolunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.

Mütəxəssisrəyi

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu mövzuda jurnalistlərəverdiyi acıqlamada isti havalarda yüngül qidalanmağın vacib olduğunu dedi:"Yayda nisbətən yüngül qidalanmaq lazımdır və təmiz su qəbuluna ciddifikir vermək lazımdır. Çünki hətta artıq isti olanda həm dəri səthindən, həm dəağciyərlər vasitəsilə bədəndən xeyli su utilizasiya olur, bədəndən xaric olur.Su ehtiyatları azaldığına görə qan qatılaşır, bədən mayelərin konsetrasiyasıartır və nəticədə bu mikrosirkulyasiya və həyati vacib funksiyalar zəifləyir.Bunlar olmasın deyə su qəbuluna ciddi fikir verilməlidir. Qida qəbulu nisbətənazalmalı, məhdudlaşdırılmalıdır.

Daha çox meyvə qəbuluna üstünlük verilməlidir. Yay zamanı həddən artıq,xüsusən də saat 12-dən 4-5-ə qədər günəş şüası altında dayanmaq məsləhət deyil.Ultra bənövşəyi şüaların neqativ təsirindən bu dövrdə qorunmaq lazımdır.Ümumiyyətlə, xəstə, yaşlı adamlar, qanının qatlaşmasında problemləri olan şəxslərsu qəbuluna daha çox önəm versinlər və günü sərin yerdə keçirsinlər. Xüsusən dəuşaqlar, çünki onların bədən tutumu, çəkisi az olduğuna görə su tutumu daazdır. Su buxarlanması onları pis vəziyyətə sala bilər. Ona görə də bu məsələlərdədiqqətli olmaq lazımdır. Kondisionerə də aludə olmaq lazım deyil. Bayırda çoxyüksək temperatur olanda evdə kondisioneri ona uyğun temperatura qoymaqlazımdır ki, nəmişliyi götürsün, nəfəs almanı normallaşdırsın. Xaricdə 30 dərəcədənyuxarı temperatur olduqda kondisioneri 18 dərəcəyə qoymaq düzgün deyil. Buzaman kondisioner 23-25 dərəcədə olmalıdır ki, həmin aktiv temperaturu saxlasınvə bədənin həddən artıq soyuqlamasına gətirib çıxarmasın".

Əntiqə Rəşid