adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Dekabr 2014 13:31
8217
MARAQLI

Yaşıl pişiyin müəmması

BolqariyanınVarna şəhərinin küçələrin peyda olmuş yaşıl pişik hər kəsi heyrətləndirib.Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə gündür ortalardagörünən pişik artıq əməlli-başlı məşhurlaşıb. Yerli sakinlər və turistlərpişiyin şəklini çəkmək üçün bütün günü heyvanın dalınca dolaşırlar.

Pişiyin rənginəgörə əvvəlcə hər kəs onun mutasiya olduğunu zənn etmişdi. Sonra onu əllərinəgötürən insanlar yaşıl rəngə bulaşanda bunun hansısa dələduz uşaq tərəfindənedildiyi güman edilmiş və heyvansevərlərin qəzəbinə tuş gəlmişdi. Daha sonra məlumoldu ki, heyvanın rəngində insan "barmağı” yoxdur. Pişik özü dadandığı boyazavodunun rəng dolu isti anbarında yatmağı sevirmiş.