adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2018 11:22
73568
MÜSAHİBƏ

Yasda məni az qala öldürmüşdülər... - MÜSAHİBƏ

Bu gün"Ulduz" jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin doğumgünüdür. Adalet.az bu münasibətlə Qulu Ağsəslə müsahibəni təqdim edir:


-Doğulduğunuz Ağdam,uşaqlığınız yaddaşınızda necə iz buraxıb?

– Həyatın elə anları olur ki, illər, aylar, hadisələr gəlir o izlərinüstünü örtür. Sonra güclə qaşıyıb üzə çıxardırsan. Amma uşaqlıq elədi ki, onunüstünü heç nə örtmür. Hətta uşaqlığımda elə kədərli hadisələr var ki, mən özümqəsdən üstünü basdırmışam.


– Hansı hadisələr?

– İsmayıl dayı adlı bir dostumvar idi. Böyük Vətən Müharibəsində əsir düşmüşdü. Buna görə tərcümeyi-halı ləkəliidi. Ona orden, medal nədi, heç yağ talonu da vermirdilər. Mən orta məktəbdəoxuyurdum. Artıq rayon qəzetində çap olunmağa başlamışdım. İsmayıl dayı iləonun əkdiyi qoz ağacının altında oturub dərdləşirdik. Hərəmizin əlində birçubuq. O, çubuqla yeri eşdikcə torpağın altında ölmüş adamlar çıxırdı. Hərdənçaşıb atamın da adını çəkirdi. Tez də çubuqla üstünü örtürdü. Mən də onunelədiyini təkrar edirdim. İndi o illəri xatırlayanda sanki pantomim teatrınabaxıram. İsmayıl dayı kənkan idi. Onu müharibəyə qazdığı quyudan tutubaparmışdılar. İlk qazdığı səngər 6 metr olmuşdu. Ona elə gəlib ki, müharibə eləquyu qazmaqdı.

Qaraqayada sürüşək daş vardı, gedib orada sürüşürdük. Orda sürüşənuşaqların axşam evdən çığırtısı gəlirdi. Çünki mütləq şalvarları deşilirdi vəbuna görə evdə çırpılırdılar. Daşda sürüşən uşaqları dərhal taıyırdıq.Hamısının şalvarı yamaqlı olurdu. Yamaqlı şalvarlar da İsmayıl dayının sehirliçubuğu kimi uşaqlığımda iz salıb.


– Uşaqlığınızda travmatik bir hadisə olub?

-Təbii ki, olub. Mən onu yuxukimi hərdən xatırlayıram. 3-4 yaşım olanda qonşuda toy olmuşdu, toy qurtarandansonra palatka söküləndə uşaqlar dəmirdən sallanıb yellənirdilər. Çadır aşıb,altında qalmışam.


– Mən mənəvi travma deyirəm.

- Balaca vaxtı kəndəmotoskletlə fotoqraf gəlmişdi. Adamların şəklini böyüdürdü. Anama dedim ki,atamın şəklini ver böyütsün. O vaxtacan məni aldatmışdılar ki, atam Bakıdayaşayır. Dalaşdığım uşaqlardan birini atamla hədələmişdim. O mənə dedi ki,sənin atan ölüb. Bakıda yaşayan böyük qardaşındı. Şəkil böyütmək söhbətinianama deyəndə tutuldu. Bildim ki, qonşu uşaq düz deyir. İlk mənəvi zədəni ondaaldım.

– "Ulduz” jurnalının baş redaktorusuz. Günü-gündən dəşairlər çoxalır. Sizcə, gənclik niyə digər sahələrə yox, ədəbiyyata gəlmək, tezbazar da çap olunmaq, şöhrət qazanmaq istəyirlər?

– Hansısa tanınmış musiqiçiyəbu sualla müraciət eləsən, o da deyəcək ki, bu gün hamı musiqiyə gəlir, oxumağagəlir. 50 ilin taksi şoferi ilə söhbət eləsən, o da eyni gileyi edəcək.Ədəbiyyat bu gün həmişə olduğundan daha az şöhrət gətirdiyinə görə əslində mənbugünkü gəncliyi alqışlayıram. Əvvəl Yazıçılar Birliyinə üzvlük, sonra müəyyəngüzəştlər: dincəlmək, kurort, onun dalınca ev, maşın və s. gözlənilirdisə, indionların heç biri yoxdu. Deməli, bu gün ədəbiyyata gəlmək fədailikdi. Yənibilirsən ki, burda heç bir xeyir yoxdu, kitabı müəllif öz cibinin puluna çapelətdirəcək, onu alan yalnız dost-tanışlarıdı, kitabların sayı təəssüflər olsunki, 500-dən çox deyil. Son vaxtlar 30-a yaxın kitab almışam, 30 kitabıntəqdimatında təxminən eyni personalı görmüşəm.

Ədəbiyyat bu gün qələmadamlarına xeyir gətirmir əvvəlki illərə baxanda. Və buna rəğmən yenə insanlaryazıb yaratmaqdan doymurlarsa, bu, artıq könül işidi. Onun keyfiyyəti məsələsibaşqa söhbətdi. Biz əvvəl şeir oluruq, sonra şair. Və nə vaxtsa qayıdıb təzədənşeir ola bilsək, deməli, yazmağa dəyərmiş.


– Bildiyim qədər istedadsız imzaları çap eləmirsiz...

– "Ulduz” jurnalında maksimumçalışırıq ən istedadlıları çap edək. Onlara həmişə qapı açıqdı. Onlarla hardarastlaşsaq – dağda-daşda, facebookda şərait yaradırıq ki, çap olunsunlar. Oadamlar görünsün. Xudu Məmmədov deyirdi ki, istedadlı adamla işləmək çətindi,nəinki istedadsız. Xudu müəllim təbii ki, doğru deyirdi. Mən klassiklərləmübahisə etməyi xoşlamıram. Amma mənim fikrimcə, istedadlı adamla işləmək çətinolsa da xoşdur. İstedadlı bir şeir oxuyanda adamda qibtə yaranır. Niyə bunu mənyazmamışam deyə. İstedadlı çevrə adamı ayaqda saxlayır. Yoxsa ətrafıqrafomanlarla doldursan, özün də bir yana çıxa bilməzsən.


– Amma qəzetdə, jurnallarda, saytlarda görürük ki,istedadsız adamlar da çap olunur. Bir senzura lazım deyilmi ədəbiyyatda?

– İndi senzura dövrü deyil.Ədəbiyyat yaranandan anti-ədəbiyyat da var, insanlıq yaranandan anti- insanlıqda var, talant yaranandan talantsızlıq da var. Bunlar həmişə bir yerdə olub.Bunlar həmişə hər yerdə var. Biz onları çap eləməsəkdə görəcəyik hardasa biryerdə çap olunub. İstedadsız müğənni baxın efirlərdə nə qədər mənasız mətnoxuyur. Yəni əgər istedadsız adam çapa meyillənirsə onun qarşısını alabilməyəcəksən. Özü sayt yaradacaq, başqa bir yerdə çap olunacaq, mahnı mətnləriyazacaq, gedib məzar başdaşılarına şeir yazacaq. Düzdü istedad təbiəthadisəsidi. Zəlzələ kimi, vulkan kimi təbiət hadisəsidi. Amma istedadsızlıq dahadisədi. Təbiətin törətdiyi hadisə deyil. Biri var vulkan püskürər, biri dəvar maşını adamların üstünə sürərlər. Bax bunlar elə bil ki, maşını adamınüstünə sürürlər. (gülür) İndi çap olunmaq çox asandı. Gündəlik qəzetlərin dəədəbiyyat səhifəsi var. Üstəlik saytlar, sosial şəbəkələr. Maraqlıdır ki, zəifyazılar daha çox oxunur və bəyənilir. İstedad təbiət hadisəsidir. Hadisə isə həmişə başvermir. Elə götürək baleti.


-Aha

-Teatrda balet oynanada 50–60adam gəlir. Yarısı da mənim kimi eynəkli. Amma «Bu şəhərdə»yə bilet tapılmır.İndi neyləyək, Opera və Balet teatrını bağlayaq? Nə yaxşı ki azda olsa ciddimətbu orqanlar var. Onların tiraji az olsa da ədəbi səlnaməni məhz bu orqanlaryaradır. Yutubda 100 minlərlə baxışı olan nəzm nümunələri var. Özünə hörmətedən heç bir KİV onları çap etməz. Biri var, ədəbiyyatdan sosial şəbəkəyəgələsən, birdə var sosial şəbəkədən ədəbiyyata. Bunlar fərqli şeylərdi.

Ən çox "Azərbaycan” jurnalı ilə "Ədəbiyyat” qəzeti idi ki, 80 illiktarixləri var. Və burda çap olunmaq olduqca çətin idi. Orda bir dəfə çap olunanadam yazıçılıq mandatı alırdı. Tutaq ki, biri bir şeir yazırdı əvvəlində MəmmədAraz yazırdı ki, -"onun tərbiyəsi xoşuma gəldi, uğur arzulayıram”.


-Yəqin sizin də tərbiyəniz redaktorların xoşuna gəlib.Doğurdan da Qulu müəllim siz çox həyalı,utancaq adamsınız. Amma müsabiqədə sizə "Qılınc Qurban deyirlər.

-Sözümü kəsmə. Bax indicə Məmməd Arazdan misal çəkdiyim o iki kəlməyə görəadam bütün ölkədə tanınırdı. İndi Allaha şükür bütün siyasi qəzetlər, ədəbiyyatqəzetləri, internet portallar nə qədər var. Onların yayım imkanı ilə bizimyayım imkanımız daha çoxdu. Publika üçün də son dərəcə maraqlı olan adamlarvar.

Jurnalımıza müxtəlif ölkələrdən yazılar göndərirlər. Ola bilsin ki, onların arasında cinsini dəyişmişadamlar var. Yəni, əslində kişidi, qadın imzası ilə yazır. Yaxud əksinə. Bizartıq buna cavabdeh deyilik. Biz yalnız mətnə cavabdehik. Məhşur olmayan rusyazıçısının bir hekayəsi var. Bir nəfər bekarçılıqdan yazı yazıb jurnalagöndərir. Yasızı çap olunur. Amma baxıb görür ki, bir cümlə də onun deyil.Orijinalı başqa jurnala göndərir. Yenə çap olunur. Bu dəfə də onun yazısınıtamamilə dəyişib çap edirlər. Beləcə məhşurlaşır, nəşriyyatlardan biri onunlamüqavilə bağlayır. O öz yazısını nəşriyyata göndərir, kitab çıxanda baxır ki,bir cümlə də onun deyil. Tezliklə imzası brendə çevrilir. Ondan soruşurlar ki,ən böyük arzunuz nədir? Cavab verir bircə yol öz yazımın çap olunmağı. İndiredaksiyalara başqasının təzədən yazdığı mətnlər də gəlir. Biz heç buna dacavabdeh deyilik. Bunu həmin adamların öz vicdanına buraxırıq.


-Bir az da sizinyaradıcılığınızdan danışaq. Yaradıcılığınızda nə yenliklər var?

-Mən ləng yazıram. Az-az yazıram. Hər şeirimi ən az 6-7 variantdaişləyirəm. 4-5 variant beynimdə hazır olur. Qələmə alanda tamamayrı variant ortaya çıxır. Redaktə edib qurtardıqdan sonra isə tamam başqa.Mənimki elə bil İtaliya kinosudu. Sona qədər rejissor özü də bilmir ki, nəçəkir. Tamaşaçıya da elə təqdim edir. Mən də sonda nə təqdim edəcəyimi özüm dəbilmirəm.


-Qulu müəllim, sizin şeirlərinizə romanslarbəstələnib. Bəstəkarlarİttifaqında keçirilidi tədbir. Təəssüratlarınızı bölüşərsiniz...

- Musiqi Akademiyasının müəllimi, bəstəkar Rəna Qədimova bir neçə şeiriməromans bəstələyib. Aprelin 17-də Bəstəkarlar İttifaqında onardan ikisinintəqdimatı oldu. Romansları əməkdar artist, istedadlı vokalçı İlham Nəzərovoxudu.


- Gənc yazarlarklassikləri tənqid edirlər. Buna münasibətiniz necədir?

– Üzeyir Hacıbəyov ötən əsrin əvvəlində yazır ki, 1905 –1910-cu illərdəAzərbaycan ziyalıları birdən-birə parladı. Bir çox şeylər meydana gəldi.Nələrsə eləməyə çalışdıq. Və sonra söndük.

Onunla əks cəbhədə dayanan Məmməd Əmin Rəsulzadə görün necə nəzakətlə cavabverir. Deyir ki, Azərbaycan ziyalıları filan dövrdə yanıb, indi sönüb.


-Doğurdanmı sönüb...

-O dəqiqə getdin sönmək məsələsinə ki, bəlkə məndən bir söz qoparıbqalmaqal yaradasan.


-Allah eləməsin...

-Allah eləmir e, bəndələr edləyir. Nəyisə. Qayıdaq mətləbə. Mən bu fikirlərazı deyiləm. Bir millət yüzlərlə nadan Mirzənin içindən bir Mirzə Fətəliyetiribsə, bir millət yüzlərlə bivec seyidin içindən bir Seyid Əzim yetiribsə,bir millət yüzlərlə baqqalın içindən bir Sabir yetiribsə, onun işığı heç vaxtsönməz. Məncə, mübarizə fikir üzərində qurulmalıdır.


-Sabir baqqal deyildi.İndiki dillə desək "sexavşik idi. O boyda sabun sexi vardı...

-Sən də qardaşın kimi gərəkbir söz tapıb deyəsən. Bəs Aqil Abbas sənə deməyib ki, özündən ağıllı adamdanışanda qulaq as.


-Qulu müəllim,istedalısınız, yaxşı. Amma daha ağıl başqa, istedad başqa...

-Yaxşı sən də ağıllısan. Harda qalmışdıq. Deyəsən, Mirzə Cəlildə. MirzəCəlil ilə Əbdürrəhim bəy Haqverdiyevin həmin dövrdə xalqa münasibəti.Əbdürrəhim bəy Azərbaycan xalqının ən təmiz, ən munis, ən müqəddəs, ən işıqlıcəhətlərini ön plana çəkirdisə, Mirzə Cəlil əksinə onun ən qaranlıq, nadanyerlərini qamçılayırdı və ələ salırdı. Amma bu iki daban-dabana zidd baxış heçvaxt onların münasibətinə xələl gətirməyib. Nə bir-birini təhqir ediblər, nə dədüşmən olublar. Klassikləri tənqid etmək olar. Amma qərəzsiz və mətn üzərində


- "Xalqın şairi”ndədemək olar ki, münsif kimi tamaşaçıların yaddaşında siz qaldız. Bu müsabiqədəmaraqlı, qeyri-adi hadisələrlə qarşılaşmısız?

-Əvvəla maraqlı hadisə o oldu ki, o müsabiqəyə 90 yaşında adamdan tutmuş 10yaşlı uşağa kimi qatılan tapıldı. Deməli, Azərbaycan xalqının poeziyaya,ədəbiyyata marağı çoxdu. O yaşda uşağı adamın əli gəlmirdi. Və ya 90 yaşlıkişiyə deyə bilmirsən ki, müsabiqə sənlik deyil. Eləcə də fiziki cəhətdənqüsurları olan adamlar da gəlirdi. Amma əvvəldən söz verdik ki, mətnə qiymətveriləcək. Mən bu prinsipə sadiq qaldım. Bu müsabiqə cavanları çoxməşhurlaşdırdı. Hər halda udan onlar oldu.

Maraqlıəhvalat odu ki, bir dəfə maşınla gedəndə post patrul saxladı məni. İndi dedim, cəriməyazacaq. Telefonunu çıxardıb "Xalqın şairi”ndəki iştirakçının videosunugöstərdi mənə. Dedi, bu cürə istedadlı birini niyə kəsdiz.


Bir dəfə də 500 nəfərlik yas yerində idim. Birdən bir topa adam əhatəsinə aldıməni. Fikirləşdim, yəqin məni tanıdılar. Sonra məlum oldu ki, bunlarınağsaqqalını müsabiqədən kəsmişəm. Az qaldı orda məni öldürələr.Yas yiyəsi dedi ki, sən canın, anamın qırxına gəlmə...

Söhbətləşdi: Oğuz Ayvaz