Yasamalda yaşayış binasında yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb. Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.
Xəsarət alan yoxdur.
Digər Xəbərlər

“By Elnur Music Hall” klubunun fəaliyyəti dayandırıldı - VİDEO

Bu ilin ikinci Günəş tutulması başa çatıb - YENİLƏNİB

Şəmistan Nəzirli vəfat edib

Antiterror əməliyyatında şəhid olan hərbçimizin bulağının açılışı oldu – FOTOLAR

DYP məktəbli bacı-qardaşın öldüyü qəza ilə bağlı çağırış etdi

“Bu hadisədə günah yalnız böyüklərdədir” – Ərşad Hüseynov

Külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ
