Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.
Digər Xəbərlər

Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatdı – YENİLƏNİB

Azərbaycanda karantin rejiminin müddəti bu tarixədək uzadıldı

Azərbaycanda bu şəxslərə ictimai nəqliyyatda güzəşt ediləcək

"Şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur" - AÇIQLAMA

FAKTİKİ HAVA: Bir çox rayona leysan yağır, şimşək çaxır

Bəzi rayonlara yağış və qar yağacaq, dolu düşəcək - PROQNOZ

Bəzi ərazilərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA
