AYNA-dan avtobuslar arasındakı intervalla bağlı AÇIQLAMA

"Sürücülər qarşısında intervala riayət etmək kimi tələb var".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, avtobusların elektrikli və ya CNG olması əsas tələblərdəndir:
"Amma bununla məhdudlaşmır. Əlavə tələblərə, məsələn, avtobusların intervala ciddi riayət etməsi, təmizlik və komfort standartlarının qorunması, sürücülərin davranış qaydalarına əməl etməsi və təhlükəsizliklə bağlı göstəricilərə uyğun fəaliyyət göstərməsi də daxil ola bilər. Yəni yeni model sərnişinin keyfiyyətli xidmət almasını təmin edən bütün meyarları əhatə edəcək”.
Digər Xəbərlər

Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb

Kərim Vəliyev Belarusa getdi

“Laçınlılar ittiham olunmalı deyil...” – Sabiq alay komandiri OD PÜSKÜRDÜ

"Daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyəti güdürlər" - AYNA

Bakıda avtobuslar gecə 12-yə qədər işləyəcək - RƏSMİ

Partlayış səsləri eşidiləcək - Nazirlik xəbərdarlıq etdi

Kamran Əliyev: Strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır
