adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Dekabr 2021 15:36
1861
ƏDƏBİYYAT

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

Əlli milyon insanın ümidi, pənahısan.

Millətimin dünəni, bu günü, sabahısan

Gözlərinin nurusan, qəlblərin dayağısan

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Əsla dinclik bilmədin on yeddi il sərasər

Qaçqın, köçkünlə keçdi saatlar, dəqiqələr

Bir ildir ki, çin olub o ümidlər, o vədlər

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Cəbrayıl, Zəngilandan, Füzuli, Qubadlıdan,

Soltan bəyin Laçını, Kəlbəcərdən, Murovdan

Nə Vətən, nə vətəndaş qalmaz, qalmaz nigaran

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

BMT-dən çox güclü, tədbirliymişsən demə

Qələbən ilə bitdi bir əsirlik həngamə

Torpaqlar azad oldu, status «cəhənnəm»ə

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Hünərinə heyrandır bu dünya başdan-başa

Güvənərək xalqına, qalxdın haqlı savaşa

«Qırx dörd gün»lük bu savaş, «tamaşadır-tamaşa»..!

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Füzulidə Beynəlxalq Hava Limanı tikdin

Şuşaya «Zəfər yolu» adı ilə yol çəkdin

Düşmən bağrın dağladın, dost bağına gül əkdin

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Ardınca Zəngilanda, Laçında bundan belə

İki Hava Limanı tikdirəcəksən hələ

Hərbi, həm iqtisad planların əl-ələ

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Şəhərlərin, kəndlərin baş planı hazırdır

Ağıllı kənd, şəhərlər, görüşə müntəzirdir

Qarabağda, bənzərsiz abadlıq işi gedir

Vətənimin sipəri, mənim ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Olanın mindən birin yazdım müxtəsər olsun

Yaddaşlara yazılan püxtə bir əsər olsun

Prezidentim tarixdə, əsrlər ilə qalsın

Dahinin, Dahi oğlu oldu ürəyim, canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Bahar havasındadır payızım da, qışım da

Çal-çağıra qoşuldum mən də əqil yaşımda

Laçın, Şuşa, Ağdama səfər eşqi başımda

Fərrux get öp o yurdun, torpağın da, daşın da

Qoy Allahım qorusun səni, ürəyim canım

Yaşa, «Dəmir Yumruq»lu Ali  Baş Komandanım..!

 

Fərrux NAĞIZADƏ,

Ordubad Rayon Veteranlar Təşkilatının sədri,

istefada olan polkovnik-leytenant,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.