Yarım əsrlik Milli Ensiklopediya

Azərbaycan Milli Ensiklopediyası artıq 50 yaşındadır. Bu münasibətlə iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında ensiklopediyanın yubileyinə həsr olunan tədbir keçirilib. Adalet.az xəbər verir ki, AMEA-nın, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin (AME), Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə 50 illik tarixə nəzər salıb. Qeyd edib ki, yarım əsrlik tarixi olan ensiklopediya ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. A.Əlizadə tədbirin Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 24 noyabr tarixli Sərəncamına əsasən keçirildiyini xatırladıb.
AMEA-nın vitse-prezidenti, AME-nin direktoru, akademik Tofiq Nağıyev "Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, ötən dövr ərzində on cildlik universal Azərbaycan Sovet Ensiklopediyası, müxtəlif sahə ensiklopediyaları və lüğətləri hazırlanıb. 2004-cü ildən isə "Azərbaycan” xüsusi cildi Azərbaycan və rus dillərində çap edilib. Həmçinin AME-nin çoxcildlik universal beş cildi hazırlanıb nəşr edilib. Vurğulanıb ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri, Prezident İlham Əliyevin dəstəyi və müvafiq sərəncamları ilə AME hazırda özünün tarixi inkişaf yoluna qədəm qoyub.
Digər çıxış edənlər də Azərbaycan Milli Ensiklopediyasının 50 illik fəaliyyətini yüksək dəyərləndirib, kollektivi yubiley münasibətilə təbrik ediblər.
Digər Xəbərlər

"Son zəng”də təlimata əməl etməyən direktor və sinif rəhbərləri tənbeh edilib

Bugünkü imtahanda müəllimlərin davamiyyəti AÇIQLANDI

I sinfə elektron qəbul prosesi davam edir

Daha iki müəllim sertifikasiyadan 60 bal topladı

Slovakiyanın Preşov Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub

Psixoloqlar müsahibəyə cəlb olunacaq

"Riyaziyyat fənni üzrə nəticələr aşağıdır" - DİM sədri
