Tramp İranın uran zənginləşdirmə obyektlərinin tam məhv edildiyini açıqlayıb – YENİLƏNİB

ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi ilə əlaqədar Ağ evdə həmvətənlərinə televiziya müraciəti zamanı bildirib.
“Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, – Amerika lideri söyləyib.
O vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”.
***04:41
ABŞ Prezidenti Donald Tramp yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 06:00) Ağ evdən xalqa müraciət edəcəyini bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən axşam saat 10-da Ağ evdə İranda çox uğurlu hərbi əməliyyatımızla bağlı xalqa müraciət edəcəyəm”, – Tramp qeyd edib.
O bu zərbəni ABŞ, İsrail və bütün dünya üçün “tarixi an” adlandırıb.
“İran indi bu müharibəni dayandırmağa razılaşmalıdır”, – dövlət başçısı əlavə edib.
Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.
Digər Xəbərlər

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb

ABŞ İranın nüvə obyektlərinə zərbələrini müharibə deyil, birdəfəlik akt adlandırıb

ABŞ heç bir ölkənin etmədiyini etdi - Netanyahu

ABŞ İranın nüvə obyektlərini belə VURUB - VİDEO

İran XİN: ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var

Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq - Abbas Əraqçi

KİV: Tramp və Ərdoğan Xameneini razı sala bilməyib
