Yardımlı Xeyriyyə Cəmiyyətinin təhsilə dəstək missiyası davam edir
08 may 2026-cı il tarixində Yardımlı şəhərində Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən “2025–2026-cı tədris ili üçün Təhsil Təqaüdləri” adlı tədbir keçirilmişdir.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, rayonun ağsaqqalları, ictimai fəallar, iş adamları, Cəmiyyətin rəhbər heyəti, şagird və tələbələr, eləcə də onların valideynləri iştirak etmişlər.
Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən təqaüd sahiblərinə ümumilikdə 13 330 (on üç min üç yüz otuz) manat məbləğində təqaüd təqdim olunmuşdur.
Təhsil təqaüdlərinin əsas məqsədi təhsildə yüksək nəticələr göstərən və sosial dəstəyə ehtiyacı olan şagird və tələbələrin təhsilinə dəstək olmaqdır.
Cəmiyyət olaraq, şagird və tələbələrimizə daim diqqət və qayğı göstərən dəyərli həmyerlilərimizə təşəkkür edir, onlara fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq.
Digər Xəbərlər
13 May 2026 11:19
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
13 May 2026 11:07
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
13 May 2026 10:32
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
13 May 2026 10:21
Yeni rektor Qazaxıstan nümayəndə heyəti ilə görüşüb - FOTO
12 May 2026 12:59
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
10 May 2026 17:36
Azərbaycan Universitetində Heydər Əliyev anıldı
10 May 2026 12:26
Məktəblərin rasionallaşdırılması təhsilin keyfiyyətini artıracaq - Emin Əmrullayev
08 May 2026 19:45


Bakı -°C

