adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2019 17:25
30482
DÜNYA

Yaponiyada yanğınsöndürən robot dəstəsi yaradılıb

Yaponiyada irimiqyaslı yanğınların söndürülməsi üçün yanğınsöndürən robot dəstəsi yaradılıb.

Adalet.az-ın məlumatına görə, bu robotlar yanğının daha təhlükəli hissələrində istifadə olunacaq.

Bir dəstəyə dörd kateqoriyadan ibarət robot daxildir. Robotlardan biri pilotsuz uçuş aparatıdır. Bu aparat yanğının xüsusiyyətləri barədə dəqiq məlumatları çatdırır.

Digər robotlar isə dağıntıları təmizləmək üçün ekskavator tipli aparat, eləcə də su şlanqları olan təkərli maşınlardır.

Bu cür robotlar hadisə yerinə bir yük maşını vasitəsilə çatdırıla bilər.