adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2019 10:50
26503
SİYASƏT

YAP-ın Siyasi Şurası niyə toplanır?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclası çağırılıb.

Adalet.az xəbər verir ki, iclas bu gün saat 11:00-da partiyanın mərkəzi qərargahında keçiriləcək.

Əldə etdiyimiz məlumata görə, iclasda əsas müzakirə mövzusu partiyada gəncləşmə məsələləri olacaq. Ehtimal olunur ki, YAP-da vəzifə tutan bəzi qocaman simalar gənc kadrlarla əvəz olunacaq.

Qeyd edək ki, iclasdan sonra saat 15:00-da YAP sədrinin müavini - icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.