İlham Əliyev Tokayevə zəng etdi
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb, bu baxımdan bir müddət əvvəl Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin önəminə toxunulub.
Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
30 May 2026 09:48
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47


Bakı -°C

