Yanvar çağırışının gedişatı müzakirə olundu - FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Adalet.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 14 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Digər Xəbərlər
13 Iyun 2026 17:19
Mehdiyevin ailə bankı BOKT oldu
13 Iyun 2026 15:39
Suriyadan Azərbaycana gətirilən 23 nəfərdən xəbər var
13 Iyun 2026 11:38
BDYPİ-dən sürücülərə MÜRACİƏT
12 Iyun 2026 17:09
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı
12 Iyun 2026 16:36
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
12 Iyun 2026 16:25
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
12 Iyun 2026 16:07
31 əməkdaş intizam məsuliyyətinə cəlb edildi, 9 nəfər işdən çıxarıldı - TƏBİB
12 Iyun 2026 16:02


Bakı -°C

