adalet.az header logo
  • Bakı -°C
13 Iyun 2026 14:05
116
SİYASƏT
A- A+

“Rizvan Məmmədvəliyevin rəhbərlik etdiyi 258 nömrəli PDM-in ekipajı tərəfindən o, öldürülüb...”

“2023-cü il Azərbaycan tarixinin ən böyük hadisələrinin baş verdiyi illərdən biridir. Əhəmiyyəti haqda 100 ildən sonra da danışanda çox böyük hadislərdən bəhs edəcəklər.Vətən müharibəsindən sonra dövlətimizin yaxşı niyyətini və humanitar təklifini düşməncəsinə qəbul edən toplumun son 3 ildə törətdikləri bütün cinayətlər yaddaşa yazıldı. İlk dəfə 200 il əvvəl Paskeviçin ordusuna qoşulub gələn siqan həyatının təmsilçiləri düz 200 il rus mahmızının, çəkməsinin dəydiyi torpaqlarda hardasa 8 nəsil yaşasalar da özlərinin olmadığı, bir növ genetikalarının zidd olduğu torpaqlardan getməli oldular.Amma gedərkən, cinayət əməllərinin izlərini silib, süpürüb apara bilmədilər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, Azərbaycan əsgəri Xocavəndə daxil olduğu gün qaniçən, terrorçu, cəllad Monte Melkonyanın abidəsi söküldü:

“Cinayətkar rejimin sonuncu əsgəri - türk qanını böyük zövqlə içən Asala mənsubundan geridə heç daş da qalmadı.Və üzərindən 30 il də keçsə, Monte Melkonyan aid olmadığı yerdə fiziki olaraq necə məhv edilmişdisə, daş heykəli də ondan qalan son nişanəni özü ilə zülmətə doğru apardı.12 iyun 1993-cü ildə Mərzili istiqamətində gedən döyüş zamanı Rizvan Məmmədvəliyevin rəhbərlik etdiyi 258 nömrəli PDM-in (piyadaların döyüş maşını) ekipajı tərəfindən açılan atəş nəticəsində o, öldürülüb. Düzdür. İbad Hüseynovun da Mekonyanla bağlı iddiaları var, lakin iddia Montenin zərbədən sonra zərrəyə çevrilməsinə görə təsdiqini tapa bilmir. Bir şey dəqiqdir ki, Azərbaycan əsgəri dəqiq zərbə ilə dünyanın ən böyük terrorçularından birini layiq olduğu “zirvəyə” çatdırdı. Həmin günlərdə böyük bir karvan üzü Ermənistana yol aldı, gəldikləri kimi gedənlər təkcə özlərini aparmadılar, 300 ildir bu torpağı murdarlamağa çalışdıqları separatizmi də tarixin cəhənnəminə yoldaş kimi daşıdılar. 2023-cü ilin hadisələrində gedənlər 90-larda cinayət törədənlərin övladları idi. Hər ailədə bir əsgər, hər bir əsgərin isə onlarla cinayəti vardı xalqımıza qarşı. Monte həqiqətən də bir tarixdir – qlobal ermənizm terorçu şəbəkəsinin əməllərini ölçmək üçün vacib indikatordur. Biz onun həyatını öyrənməklə, ABŞ-da, Avropada, Yaxın Şərqdə, Ermənistanda və İranda, eləcə də Qarabağda ASALA-nı, Ermənistan dövlətinin cinayətlərini tədqiq edirik. Qurbanlar əsla qurban olmurlar. Sadəcə ədalətin təcəllisi naminə müvəqqəti bioloji güclərindən imtina edirlər, mənəvi olaraq isə Xocalıda, Ağdabanda can verməklə gələcəkdə həqiqətin əbədi parlamasına səbəb olurlar.Bir vacib məsələ də var: Azərbaycan Melkonyanların reallığı ilə üzləşməsəydi, nə xalq olardı nə də dövlət, eləcə də Zəfər. Melkonyan Azərbaycan torpağında məhv edildi, bu günləri görmədi, amma onun cinayətlərinin cəzasını ələ gəlməyən meyitinin yarım qalmış başını daş heykəli çəkdi”.

Vasif ƏLİHÜSEYN