Yanğın təhlükəsi olan fabrikin fəaliyyəti dayandırıldı - VİDEO
Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.
Bu barədə Adalet.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- mövcud yanğın su hovuzunun həcmi tikinti norma və standartlarının tələblərinə uyğun deyil;
- obyektin ərazisində oksigen qaz balonlarının saxlanılması üçün xüsusi yer ayrılmayıb, həmin balonların istehsalat sahəsində açıq meydançada saxlanılmasına və istifadəsinə yol verilib;
- obyekt daxili yanğın kranları ilə təmin olunmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektdə istifadə edilən kimyəvi maddələr, lak və boyalar ayrıca xüsusi otaqda saxlanılmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri, eləcə də istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikinin istehsal sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Digər Xəbərlər
15 Aprel 2026 19:50
Hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadıldı
15 Aprel 2026 17:50
Baş nazirdən Xəzərlə bağlı QƏRAR
15 Aprel 2026 17:24
Azər Mursaqulov Statistika Şurasının sədri oldu
15 Aprel 2026 16:59
İlhamiyyə Rza xəbər aparıcılarını tənqid etdi
15 Aprel 2026 16:10
Rusiya AZAL-ın təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək
15 Aprel 2026 16:02
Azərbaycanın döyüş təyyarələri “Anadolu Ankası – 2026” təlimində - VİDEO
15 Aprel 2026 15:34
"Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir
15 Aprel 2026 15:13


Bakı -°C

