adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Dekabr 2019 09:50
67680
MARAQLI

Yanan ticarət mərkəzləri: Səbəblər, nəticələr...

Bu gün Bakıda yenə bir yanğınhadisəsi oldu. Bu dəfə də yanan ticarət mərkəzidi. Fərqindəsinizsə, böyükobyektlərdə yanğın halları çox tez-tez baş verir və hər dəfə də yanğın hadisəsindənsonra mayası batmış və işsiz qalmış insanların, alovlar içərisində külə dönmüşkülli miqdarda malların ürəkağrıdıcı mənzərəsi ortaya çıxır . Məşədi İbad demiş, Azərbaycanda ticarət mərkəzlərininyanmasına "bir noyi adətkarda ” olmuşuq.Elə səhər saatlarında Binəqədirayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında başvermiş yanğın nəticəsində təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarınqalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğındanmühafizə olunub. Hüquq və mühafizə orqanları yanğınla bağlı araşdırmayabaşlayıb. Onlar yanğını törədən səbəblər haqqında yekun nəticəyə gələnə qədərbiz də son illər Azərbaycanda başverən ticarət mərkəzlərinin səsli-küylü yanğınları haqqında kiçicik biraraşdırma apardıq. Həmin araşdırmanı Adalet.azsizə təqdim edir.

"Karvan” ticarət mərkəzi


-9 oktyabr-2014-cü ildə Sumqayıtın iri ticarət mərkəzi olan"Karvan" yanaraq kül oldu. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəliticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədəvə içərisində olan satış malları yandı. 14 noyabr2018-ciildə isə "Karvan” yenidən alovlandı. 2-ci mərtəbənin ümumi sahəsi 30 m²olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədəməhv oldu.

"Binə" və "Sədərək” ticarət mərkəzləri



- 24 dekabr 2013-cü ildə "Binə" ticarət mərkəzi yandı. Növbəti dəfə isə2019-cuilin 8oktyabrında gecəsaatlarında baş verən yanğında ticarət mərkəzinin təqribən 2500 m2 hissəsi yandı. Xatırladaq ki, hər il ən azı 2 dəfə"Binə" və "Sədərək” də güclüyanğınlar qeydə alınır.

"Cantəpə”ticarət mərkəzi


-2011-ciilin 18 martında isə BakınınBinəqədi rayonunda "Cantəpə” adlı ticarət mərkəzində güclü yanğın başverdi. Yanğın restoran, kafe, market,alış-veriş mərkəzi və banket zalı olan dördmərtəbəli binanın 4-cü mərtəbəsindəbaşlamışdı.

"Moskva” ticarət mərkəzi


-15 mart-2014-cü ildə "Moskva” ticarət mərkəzindəyanğın nəticəsində bir çox satıcının qızıl əşyası əridi. Təkcə bir satıcınınseyfə qoyduğu 400 üzük və digər qızıl əşyası əridi, yararsız hala düşdü."Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və onayaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmıştaxtadan ibarət vitrinin 50 kv.m sahəsi yandı.

"AMAY”ticarət mərkəzi


-2014-cü ilin 13 sentyabrında "AMAY” ticarət mərkəzində də yanğın qeydəalındı. Yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsindəbaş verdi.

"ParkPlus” ticarət mərkəzi


-2012-ci ilin 22 noyabrındaSabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "ParkPlus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.molan sağlamlıq mərkəzində saunanın taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digərkabinetlər yanğından mühafizə olundu.

"AFMall” ticarət mərkəzi


-2018-ci ilin 2 iyulunda Nəsimi rayonunda yerləşən çoxmərtəbəlibinanın zirzəmisindən yanğın başlamışdı. Yanğının cüzi zərər verməsinə səbəb isəFHN-in vaxtında çağırılması və onların hadisəyə gecikmədən müdaxilə etməsi oldu.

"Sahil"ticarət mərkəzi



12 mar 2014-cü ildəSəbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədəyandı.Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyəolundu. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənməklə, ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarətaldı. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri vəyuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olundu

"Riyad”ticarət mərkəzi



-2018-ciilin 15 iyulunda Abşeron rayon ərazisindəki"Riyad" Ticarət Mərkəzində mebel dükanının anbarında qeydə alındı. Hadisə zamanı ticarət mərkəzi ərazisindəyerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahəsi və qapısı yanaraq kül oldu.

"Diqlas”ticarət mərkəzi


Bu ilin mart ayında isə görünməmiş bir yanğın oldu.Bakıda,Nizami rayonu, Qara Qarayev küçəsi 81Qünvanında yerləşən ticarət mərkəzində baş verdi. ."Diqlas” ticarət mərkəzi yanaraqkülə döndü. Alov ətrafdakı obyektlərə keçməsə də, ticarət mərkəzinin özütamamilə yararsız hala düşüb, sahibkarlara ümumilikdə milyon manatlarla ziyan dəydi.

Yeri gəlmişkən, ticarətmərkəzlərində baş vermiş yanğınlardan yazdıq amma Bakı şəhəri, Binəqədi rayonu,Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında başvermiş , hadisədə 16 sakini, eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Zığşossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində yanğın nəticəsindədünyasını dəyişən soydaşlarımızı da unutmadıq. Bir sözlə, hər birimiz özişimizdə məsuliyyətli olsaq, belə hadisə və fəlakətlər baş verməz.


Əntiqə Rəşid