adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Fevral 2020 12:41
34599
MARAQLI

Yalan dünyadan doğru xəbərlər

Heç oğlumYadullanın müsibəti belə olmamışdı. Çox kədərləndim. Yaponiyada yaşayandünyanın ən yaşlı kişi sakini Titesu Vatanabe 112 yaşında vəfat edib. T.Vatanabeninadı 2020-ci ilin fevral ayında dünyanın ən yaşlı kişi sakini kimi qeydiyyataalınıb və Ginnesin Rekordlar kitabına salınıb. 5 uşağı, 12 nəvəsi və 16 nəticəsiolan Titesudan uzunömürlülüyünün sirrini soruşanda deyib ki, əsəbiləşməyin və gülümsəyin. 




Amma yadından çıxıb ki, o vaxt nənəsinə su gətirəndə nənəsi ona "Titesu, su qədərömrün olsun” deməsəydi 112 il yaşamazdı. Sizə deyim ki, bu itki məni çoxqorxudur. Bilmirəm, bilirsiniz, ya yox, hazırda dünyanın ən yaşlı qadın sakinidə yaponiyalıdır. 117 yaşlı Kane Tanakanı deyirəm. Titesu Tanakanı arxasıncaaparmasa yaxşıdır.

Bu ölüm xəbərininardınca sizə şad xəbərim var. Bir ölürsə, biri də mütləq ki doğulur. Üzr istəyirəm,ingiltərədə 21 uşaq anası Sue Radford 22-ci uşağını dünyaya gətirib. Xəbəriinstagramda onun öz profilindən almışam. Sue "Instagram” hesabında uşaqları iləbirlikdə fotosunu paylaşıb. 


44 yaşlı Sue Radfordun 22-ci uşağını dünyaya gətirməsiingilislər üçün də maraqlı hadisə olub. Biri yazıb ki, "arada nəfəs al”, o biriyazıb ki, azərbaycanlılar olsaydı, adını Kifayət qoyardılar. Deyirəm, buingilislər də vedrə qoşmaqda bizdən geri qalmırlar ha.

Biraz əvvəlüzr istədim, amma psixoloq-alimlər heç vaxt üzr istəməyən insanların daha xoşbəxtolduğunu müəyyənləşdiriblər. Araşdırma "European Journal of Social Psychology”dərgisində dərc edilib. Tayler Okimotonun rəhbərliyi altında bir qrupavstraliyalı psixoloq insanların üzr istəməkdən qaçdıqları zaman niyə mənəvi məmnunluqaldıqlarını araşdırmaq qərarını verib.

Onlar 228amerikalıdan indəyədək törətdikləri həm xırda (məs., yol-nəqliyyat), həm dəciddi (məs., oğurluq) qanun pozuntularını yada salmağını istəyiblər. Bundansonra könüllüləri 2 qrupa ayırıblar: birincilərdən üzr istəməklə, ikincilərdənisə bundan imtina ilə bağlı məktub yazmağı istəyiblər. Psixoloqlar gözləntilərintam əksi bir qənaətə gəliblər: üzr istəməkdən imtina edənlər daha çox məmnunluqhiss ediblər, nəinki günahı boynuna alanlar. "Siz üzr istəməkdən vaz keçəndəözünüzü daha güclü hiss edirsiniz, özgüvəniniz artır”, - Tayler Okimoto açıqlayıb.Araşdırmaçılar üzr istəməkdən imtinanın heç də düzgün olduğunu iddia etmirlər.Günahı boynuna almağın faydaları çoxdur – bu, nəinki insanlar arasında, həttaölkələrarası münasibətlərin də bərpasına kömək edir. T.Okimoto eksperimentlərininsanları üzr istəməyə necə təkan verməyə yardımçı olacağını güman edir.

Buvurhavurda britaniyalı Li Tekkaberri qardaşımız "eBay”da satışa qeyri-adi lot təqdimedib. O, 10 il öncə düzəltiyi qar topunu satır. Li 10 il soyuducuda saxladığıqar topunu yaxşı qiymətə satmaq fikrindədir. İnanmazsınız, amma bu lota görə900 funt sterlinq təklif ediblər. Təsəvvür edirsiz də?



İndi deyərsinizki, camaat pulunu xərcləməyə yer tapmır, amma həqiqətən də elədir. Budey,Koronavirusun meydana gəldiyi Çinin Uhan şəhərində evdən çölə çıxa bilməyənuhanlılar özlərinə yeni "əyləncə” növü tapıblar. Onlar xərcləyə bilmədikləripullardan "təyyarə düzəldərək” pəncərədən atırlar.