adalet.az header logo
  • Bakı -°C
21 Iyun 2026 13:16
68
GÜNDƏM
A- A+

Aqil Abbasın fikirlərini qəribliyə salmaq lazım deyil - İlahiyyatçı

“Hörmətli Aqil Abbas deyib ki, gəncləri Qarabağa işlətməyə aparmaq lazımdır. Onu tənqid edirlər. Nahaq tənqid edirlər. O, düz deyib. Əsasən paytaxtda yaşayan gənclər, şagirdlər, tələbələr valideynlərinin ağır maddi sosial problemləri, imkansızlıq üzündən gəzintiyə, rayonlara gedə bilmirlər. Çoxu ildə bir dəfə ancaq ət yeyir. Hara gedəsən? Uşağı gəzməyə, istirahətə aparmaq üçün fəhlədə, kasıbda, işsiz ailədə pul var? Yayda bir çox valideynlərin uşağa meyvə almağa belə imkanı olmur, nəinki onu gəzintiyə, təmiz təbiətə aparsın”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

“Qarabağ təmiz havası, bağ-bağatı ilə məşhur yerdir. Aparsınlar, eyinləri-gözləri açılsın. Ancaq normal qidalandırıb, mer-meyvə ilə təmin etsinlər. Yay tətilində şəhərdə tozlu küçələrdə ac-yalavac, siqaret çəkə-çəkə bekar hərlənən gəncləri aparıb həm fiziki əməyə öyrəşdirmək həm də qarnını doyurmaq savab olar.Sözü gedən yaşdakı gənclərin əksəriyyətinə zəiflik, vitamin çatışmazlığı, yazıqlıq, ümidsizlik hakimdir. Bunun üçün onların gözlərinə baxmaq kifayətdir. (Söhbət varlı, vəzifəli, imkanlı məmur balasından getmir, kasıb övladından gedir.)Bu mənada Aqil müəllimin təklifini qəribliyə salmaq lazım deyil. Gənclər həm illərlə həsrətini çəkdiyimiz, indi də həsrət qaldığımız o yerləri heç olmasa ömürlərində bircə dəfə də olsa görmüş olarlar, həm də ətə-qana gələrlər. Lakin bu reallaşarsa, gərək hörmətli Aqil müəllim mütləq o gənclərin qidalanma məsələsinə nəzarət etsin ki, məmurlar uşaqların payını satıb talayıb onlara da broyler toyuğu verməsinlər”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN