"Avtovağzal" metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO
Metronun "Avtovağzal" stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.
Adalet.az xəbər verir ki, Bənövşəyi xəttin şərti adı "B-05" olan 6-cı stansiyası sərnişinlərə "Nizami" stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq. Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.
“Bakı Metropoliteni" Qsc-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Tv-yə açıqlamasında bildirib ki, "Xocəsən" və "Avtovağzal"dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir.
Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər.
Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.
Digər Xəbərlər
20 Iyun 2026 13:00
Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
20 Iyun 2026 12:57
Bu çağırışçıların çıxışına məhdudiyyət qoyula bilər
20 Iyun 2026 12:44
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ
20 Iyun 2026 09:47
DYP-dən sürücü və piyadalara çağırış
19 Iyun 2026 20:01
Bakıda yeni ekspres marşrutu fəaliyyətə BAŞLAYIR
19 Iyun 2026 16:17
Rövşən Rzayev onların müraciətləri dinlədi
19 Iyun 2026 16:11
Kardinal Kuvakad: “Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inam möhkəmlənir”
19 Iyun 2026 13:32


Bakı -°C

