Sülh sazişi imzalamağa hazırlaşan Ermənistan bu silahları hansı məqsədlə əldə edir?
“Ermənistan Müdafiə Nazirliyi Hindistandan alınan yeni silahlarıa aid material yayımlayıb.Videoda Hindistanda istehsal olunan 155 mm/39 kalibrli MArG artilleriya topları (Bharat Forge / Kalyani Group), 155 mm ATAGS (Qabaqcıl Yedəkli Artilleriya Silah Sistemi) artilleriya sistemləri və 214 mm "Pinaka" yaylım atəşli reaktiv sistemi göstərilir”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, sual yaranır sülh sazişi imzalamağa hazırlaşan Ermənistan bu silahları hansı məqsədlə əldə edir?
“Bu silahlar birmənalı şəkildə sülh sazişinin imzalanmasına mənfi təsir göstərəcək. Hindistanın 21 min fərariyə malik Ermənistana silah ötürməsi Cənubi Qafqaza çoxdan gözlənilən sülhə mane olacaq, cunki bu təchizat yenidən münaqişənin alovlanmasına, ardınca isə Hindistan silahlarının da növbəti paradların birində hərbi qənimət kimi Ali Baş Komandan İlham Əliyevə təqdim olunmasına və Hərbi Qənimətlər Parkının eksponatına çevrilməsinə səbəb ola bilər. Sonda Xəzər sahilində gəzməyə yer qalmayacaq”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Fevral 2026 12:12
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi - FOTOLAR
09 Fevral 2026 11:22
“Bu, o demək deyil ki, Prezident İlham Əliyev...”
09 Fevral 2026 10:36
“ABŞ Çinin nüvə potensialını artırmasından narahatdır...”
08 Fevral 2026 18:07
Ermənistan məhkəməsinin qərarına etiraz
08 Fevral 2026 16:25
Ceyhun Bayramov Hakan Fidanla bu məsələləri müzakirə etdi
08 Fevral 2026 09:57
Vens bu tarixdə Azərbaycana səfər edəcək
07 Fevral 2026 13:25
“Məsud Pezeşkian Azərbaycanla həm siyasi, həm də hərbi əməkdaşlıqda maraqlıdır”
07 Fevral 2026 12:46


Bakı -°C

