adalet.az header logo
  • Bakı -°C
09 Fevral 2026 11:22
96
SİYASƏT
A- A+

“Bu, o demək deyil ki, Prezident İlham Əliyev...”

“Bu il Ermənistanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Ermənistan Azərbaycan və Türkiyəyə rəsmi dəvət göndərəcək. Azərbaycan Prezidentinin Ermənistanda Avropa Siyasi Birliyinin sammitində iştirakı mümkün deyil”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, Ermənistanla yekun sülh müqaviləsi bağlanmayıb. Həmçinin ikitərəfli diplomatik əlaqələr yoxdur:

“Təbii ki, liderlərin görüşləri keçirilir və bir çox məsələlərdə razılıq əldə edilib. Bu, o demək deyil ki, Prezident İlham Əliyev Yerevanda sammitdə iştirak edə bilər. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana gedəcəyi mümkündür. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib, ikitərəfli danışıqlar aparıb. Azərbaycanın Avropa Siyasi Birliyinin Yerevanda keçiriləcək sammitində baş nazir səviyyəsində təmsil olunması mümkün ola bilər”.

Vasif ƏLİHÜSEYN