“Kreml Zatulin kimilərdən faydalanmağa üstünlük verir...”
“Azərbaycanın ən çox nota verdiyi ölkələr içərisində Rusiya ilk sıralarda yer alıb. Bunun özü iki ölkə arasında münasibətlərin mövcud durumundan xəbər verir. Bu dəfə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirinə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin bir gün əvvəlki açıqlamasına görə nota verilib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Zatulin rus və erməni şovinist dairələrə məxsus “Lazarevski klubu” vasitəsilə yaydığı bəyanatda Azərbaycanda törətdikləri cinayətlərə görə məhkum olunan erməni separatçılarına dəstək ifadə edib:
“Bəyanatda Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin əleyhinə ifadələr də yer alıb.Zatulin hakim “Vahid Rusiya” Partiyasının üzvüdür. Partiya rəhbərliyi öz üzvünün Azərbaycan əleyhinə açıqlama və onun imzasıyla yayımlanan bəyanatlara reaksiya vermirsə, onu tənbeh etmirsə, deməli Kreml Zatulinin bu fəaliyyətindən məmnundur. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı bu cümləylə bitib: “Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb”. Kreml heç bir tədbir görməyəcək, çünki Zatulin kimilərdən faydalanmağa üstünlük verir. Rusiyanın siyasətində dəyişiklik olmayacaq. Həmişəki kimi, bir-birinə düşmən mövqedə olan Zatulinlərlə Qərbin bəzi mərkəzləri erməni separatçılarına dəstək məsələsində yenə eyni mövqedən çıxış ediblər”.
Vasif
Digər Xəbərlər
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41


Bakı -°C

