“Məsud Pezeşkian Azərbaycanla həm siyasi, həm də hərbi əməkdaşlıqda maraqlıdır”
“İranın müdafiə naziri Azərbaycana səfər edib və Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Bu səfər İran böhranı fonunda mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, İranın müdafiə naziri islahatçı qanada mənsub olan prezident Məsud Pezeşkianla koordinasiyalı şəkildə fəaliyyət göstərir. İranda güc strukturları daxilində əsas söz sahibi isə SEPAH – İslam İnqilabı Keşikçiləri Qvardiyasıdır. SEPAH birbaşa Ali dini rəhbər Əli Xameneiyə tabedir və ölkənin təhlükəsizlik və regional siyasətində həlledici rol oynayır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian Azərbaycanla həm siyasi, həm də hərbi əməkdaşlıqda maraqlıdır:
“Səfər çərçivəsində İran Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında mümkün birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Bu, rəsmi Tehran daxilində Azərbaycanla əlaqələrin inkişafına yönəlik müəyyən siyasi iradənin mövcud olduğunu göstərir. Prezident İlham Əliyev İranla bağlı mövqeyini ifadə edərək, siyasi müstəvidə mövcud böhranın aradan qaldırılması üçün vasitəçilik yerinə yetirməyə hazır olduğunu bildirib. Bu yanaşma Azərbaycanın İran siyasətində praqmatik xəttə sadiq qaldığını və hərbi eskalasiyanın əleyhinə olduğunu nümayiş etdirir. Lakin İran müdafiə nazirinin səfərinin müsbət istiqamətdə inkişaf etməsinin qarşısını SEPAH-ın alması mümkündür. SEPAH-a nəzarət edən media resursları və ona yaxın yüksək rütbəli hərbi şəxslər mütəmadi olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir ki, bu da ikitərəfli münasibətlərin dərinləşməsi üçün ciddi maneə yaradır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

