27 Oktyabr 2025 08:33
83
MƏMLƏKƏT

Bəs deyirdilər ki, xidmət yaxşılaşacaq...

Avtobuslarda və metroda qiymətlər bahalaşanda deyirdilər ki,  insanlara xidmətin səviyyəsi yaxşılaşacaq. Qiymətlər qalxdı və xidmət isə yaxşılaşmadı. Yenə metroda və avtobuslarda sıxlıqdı .

Hətta avtobuslarda ayaq basmağa belə yer yoxdu.Metroda isə səhər və axşam saatlarında bir sıxlıq olur ki, gəl görəsən! Hətta belə vəziyyətdə halı pisləşən, ürəyi gedən adamlar da az deyil. Bir neçə gün bundan əvvəl qatarda vəziyyəti ağırlaşan bir kişi elə orada rəhmətə getdi. Ümumiyyətlə,ürəyi xəstə və təzyiqi olan insanlar belə sıxlıq olanda metroya minməməlidir.

Amma nə etsinlər , çıxış yolları yoxdur. Oktyabrın 25- də  saat  8:30- da 77 nömrəli marşrutda işləyən avtobus metronun "! İnşaatçılar" stansiyasının yaxınlığındakı dayanacağa 10 dəqiqədən sonra çatdı. Və dayanacaqdakı sərnişinlər sürücüyə etirazların bildirdilər.

Çünki çoxlu sərnişin vardı. Və sıxlıq olduğuna görə, onların da çoxu minə bilmədi, dayanacaqda qalıb, növbəti avtobusu gözləməyə məcbur oldular!.Bax , bunlar qiymət artımından sonra insanlara  belə "xidmət" edirlər!!!

Emil Faiqoğlu