27 Oktyabr 2025 11:36
71
DÜNYA

Tramp Kim Çen I ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Asiya ölkələrinə səfəri zamanı Şimali Koreyanın lideri Kim Çen I ilə görüşməyə hazırdır. 

 ABŞ prezidentinin Tokiyaya səfəri zamanı jurnalistlərə verdiyi müsahibə bir başa Ağ Evin saytında yayımlanıb.

 "Mən bu barədə heç nə deməmişəm, lakin Şimali Koreyanın lideri mənimlə görüşmək istəyərsə, biz görüşə bilərik. Mənim Kim Çen I ilə yaxşı münasibətlərim var, o mənim xoşuma gəlir, məndə onun xoşuna gəlirəm. Əgər o istəyərsə, mən tezliklə Şimali Koreyaya gedərəm"- deyə Tramp bildirib.

 Ağ Evin rəhbəri əlavə edib ki, hazırda  belə bir görüş planlaşdırılmayıb, lakin görüşün keçirilməsinə etiraz etmir. Lazım gələrsə, görüşlə bağlı Asiya ölkələrinə səfərin müddəti uzadıla bilər. 

 Bildirilir ki, Cənubi Koreyada keçiriləcək sammit ərəfəsində ABŞ prezidenti Çin Xalq Respublikasının sədri Su Tzinpinlə görüşü nəzərdə tutulub.

 Rüstəm Hacıyev