27 Oktyabr 2025 10:00
76
MƏMLƏKƏT

Soğan anbarlarda qalıb - Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO

Fermerlər bu il soğanın qiymətinin ucuz olduğundan gileylənirlər. Onlar qazanc əldə etmək üçün soğan əkiblər, amma sata bilmirlər.

Adalet.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, ağdamlı fermerlər bildirirlər ki, əvvəlki illərdə də soğan əkiblər, ancaq hazırda bu sahədən gəlir əldə edə bilmirlər.

Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixracın olmamasını göstərirlər.

Fermerlər hazırda əllərində olan məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını bildiriblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: