“Xocalı faciəsindən sonra döyüşə qatılıb ağır yaralandım, amma məni...”
“O şəkli mən paylaşmışdım və Raefel müəllim də səhifəmdən götürüb o şəkli paylaşıb. Şəkil 1990-cı ildə çəkilib. Onda Xalq artisti Şəfiqə Məmmədovanın kursunda idik. Orda məşhur 37-ci otaq var idi və məşqimizi orda edirdik”
Bunu Adalet.az-a açıqlamasında Qarabağ veteranı, jurnalist Səbuhi Rəhimli sosial şəbəkədə müzakirələrə səbəb olan şəklindən danışarkən deyib. S.Rəhimli daha sonra bunları bildirib:
“Orda məşq zamanı belə bir forma geymişdik. Sonra elə oldu bir fotoqraf gəldi və şəkil çəkdirdik. Bunu da Milli Teatr Günü münasibətilə paylaşmışdım. 1990-cı ildən 1995-ci ilə qədər oxuduq, amma 1994-cü ildə meyxanaçı Vüqar Əbdülov avtomobil qəzasına düşdüyünə görə kursda qaldı. Mən isə 1992-ci ildə Xocalı faciəsindən sonra Qarabağ müharibəsinə getdim, döyüşdüm və ağır yaralandım. Amma məni kursda saxlamadılar. Həm könüllü getmişdim deyə, həm də rejissor Nəsir Sadıqzadə dirəniş göstərdi ki, Səbuhi kursda qalmasın. Buna görə Nəsir müəllimə öz təşəkkürümü bildirirəm. Şəfiqə xanım birinci kursda bizə dərs deyib və sonra musiqili teatr kafedrasına müdir keçdi. Ondan sonra boş qoymamaq üçün Şahmar Ələkbərovu bizə müəllim təyin etdi. O, da bizə bir semestr dərs dedi və vəfat etdi. Sonrakı müddətdə Fuad Poladov və ona köməkçi kimi Müşfiqə Yusubova bizə dərs dedi. Amma birinci kursdan sona qədər Əməkdar artist Gürşad Baxşıyeva bizə dərs deyib”-deyə Səbuhi Rəhimli bildirib.
Qeyd edək ki, aktyor Rafel Dadaşovun tələbə yoldaşlarıyla olan şəklini sosial şəbəkədə paylaşması maraqla qarşılanıb.
Vasif Əlihüseyn
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

