İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başladı
Bakıda Şanlıurfanın tarixi və mədəni irsini tanıtmaq məqsədilə "Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri" adlı ikigünlük tədbir keçirilib.
Adalet.az xəbər verir ki, mərasim Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar tədbirlə əlaqədar keçirilən mətbuat konfranda bildirib ki, təşəbbüs Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, xalqlarımız arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edəcək:
"Proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqi mədəniyyəti Bakı sakinləri və şəhərin qonaqlarına təqdim olunacaq".
Bələdiyyə sədri əlavə edib ki, ikigünlük proqram çərçivəsində İçərişəhər Meydanında Göbeklitepe, Karahantepe və Şanlıurfanın tarixi, təbii və mədəni dəyərlərini əks etdirən sərgilər təşkil ediləcək.
Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömer Yıldız mədəniyyət günləri çərçivəsində ziyarətçilərin Şanlıurfaya məxsus yerli məhsullar, ənənəvi sənətkarlıq nümunələri və suvenirlərlə tanış olmaq, şəhərin özünəməxsus milli mətbəxindən nümunələri dadmaq imkanı əldə edəcəyini vurğulayıb:
"Mədəni proqramın mühüm hissəsini Şanlıurfanın zəngin folklor və musiqi ənənələrini əks etdirən konsertlər, xalq rəqsləri və Sıra Gecəsi təşkil edəcək. Bununla yanaşı, ziyarətçilərə Şanlıurfanın əsrlər boyu formalaşmış mədəni ənənələri və sənət nümunələri də təqdim olunacaq. Təşəbbüsün əsas məqsədi Şanlıurfanın qədim tarixinin və zəngin mədəni irsinin Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılması, iki qardaş xalq arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsidir".
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva vurğulayıb ki, "Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri" Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi və mədəni bağların daha da möhkəmləndirilməsi, Şanlıurfanın mədəniyyət və turizm imkanlarının Azərbaycanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
O da bildirilib ki, Şanlıurfa qədim tarixi və zəngin mədəni irsi ilə Türkiyənin mühüm mədəniyyət və turizm mərkəzlərindəndir. Dünyanın ən qədim monumental tikililərindən biri hesab olunan Göbeklitepe, Karahantepe, tarixi Harran və şəhərin mühüm simvollarından biri olan Balıklıgöl Şanlıurfanın zəngin tarixi irsinin əsas nümunələrindəndir. Şəhər həmçinin özünəməxsus mətbəxi və musiqi ənənələri ilə seçilir.
Tədbir sentyabrın 6-dək davam edəcək
Digər Xəbərlər
07 Oktyabr 2026 14:29
Kimya üzrə Nobel mükafatı laureatları məlum oldu
06 Oktyabr 2026 15:19
Sea Breeze ərazisində ilk CineMastercard açılacaq
06 Oktyabr 2026 14:28
"44" bədii filminin daha bir tizeri yayımlanıb - VİDEO
06 Oktyabr 2026 11:36
"Şahənşah"-da Ədəbi Məclis
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20


Bakı -°C

