Bakıda Şanlıurfa Mədəniyyət Günlərinin açılışı oldu - FOTO
Şanlıurfanın qədim tarixini və zəngin mədəniyyətini Bakıda nümayiş etdirən möhtəşəm tədbir reallaşıb.
Adalet.az xəbər verir ki, paytaxtda "Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində sərgi və mətbuat konfransı keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Yunus Emre İnstitutunun sədr müavini Ömer Yıldız, həmçinin hər iki ölkənin nümayəndə heyətləri, mədəniyyət xadimləri və mətbuat mənsubları iştirak ediblər.
Rəsmi hissədən sonra Şanlıurfa mədəniyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərginin təntənəli açılışı olub.
Sərgidə dünya miqyasında tanınan avstriyalı sənətçinin iki ay ərzində Şanlıurfada apardığı fəaliyyət nəticəsində ərsəyə gələn müəllif işləri təqdim olunub. Fotoəsərlərdə Şanlıurfanın Göbeklitəpə, Karahantəpə kimi qədim və tarixi məkanları, eyni zamanda şəhərin zəngin mədəni irsi, adət-ənənələri və özünəməxsus ruhu böyük ustalıqla əksini tapıb.
Digər Xəbərlər
25 Oktyabr 2026 16:42
Xalidə Gözəl vəfat etdi
25 Oktyabr 2026 13:15
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
23 Oktyabr 2026 14:58
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
22 Oktyabr 2026 16:42
Leyla Əliyeva “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu
21 Oktyabr 2026 11:41
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026 11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı
20 Oktyabr 2026 18:19
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
20 Oktyabr 2026 16:23


Bakı -°C

