Xızıda bir sürü qoyunu oğurlayan şəxs saxlanıldı
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı rayon sakini Elnur Hüseynov RPŞ-yə ərizə verərək, ona məxsus 42 baş qoyununun oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov Polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı İ.Rüstəmov törətdiyi cinayəti etiraf edib, çoban işləyən zaman Elnur Hüseynova məxsuz 42 baş qoyununun mənimsəyərək satdığını bildirib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48