27 Avqust 2025 17:00
78
HADİSƏ

Xırdalanda DOST Mərkəzində yanğın - YENİLƏNİB

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

Adalet.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

    ***16:46

    Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

    Adalet.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.